Marneulidə yeni yaradılmış futzal komandası beynəlxalq turnirdə iştirak etdi

Marneuli Eagles

26 yaşlı Ümid Quliyev Aərbaycanda anadan olub. O, 5 il öncə Gürcüstana köçərək burda yaşamağa başlayıb. Ümid Azərbaycanda peşəkar futbolla məşğul olub. 16-17 yaşlarında o, Neftçi futbol komandasında oynayıb. Onun sözlərinə görə o, 16 ildir ki, idmanla məşğuldur. Azərbaycanda peşəkar futbolu ataraq Marneuli şəhərinə köçüb və futbol sahəsində burada yaşayan soydaşlarına dəstək olmaq istəyir.

Ümid Quliyevin sözlərinə görə o, bura gələndə ilk fikiri o olub ki, Marneulidə futbol komandası yaratsın. Amma o zamanlar buna nail olmayıb. Nəhayət arzusu reallaşıb və bu il komanda yaradıb.

Marneuli şəhərində yaradılan “Marneuli Eagles” (Marneuli Qartaları) futzal komandası bu il Belarusiyada keçirililən turnirə dəvət alıb. 12-14 yanvar tarixində Belorusiyada keçirilən yarışlarda iştirak edən komanda 5 oyun keçirib. Bu oyunlarda “Marneuli Eagles” komandası iki qələbə qazanıb, üç görüşdə isə məğlub olublar. Xatırladaq ki, turnirdə Gürcüstanı təmsil edən “Marneuli Eagles” komandası ilə yanaşı Moldova, Rusiya, Latviya, Ukrayna və Belarusiya futzal komandaları da iştirak edirdilər.

Komandanın gələcək planlarından danışan Ümid Quliyev bildirdi ki, dəstək üçün yerli hökumətə müraciət etsələr də, onlara dəstək olunmayıb. Bununla belə rəsmi qeydiyyatdan keçdikdən sonra onlara yardım olunacağı barədə söz veriblər.

“Marneuli Eagles” komandasını 7 üzvü var. Onlar Ümid Quliyev, Renat Kərəmov, Röyal Kərəmov, Zaur Xəlilov, Elmar Xəlilov,Rauf Hacıyev və İbrahim Novruzovdur. Yarışda iştirak edən komanda üzvlərindən Renat Kərəmov və Zaur Xəlilov və öz təsuratlarını bizimlə bölüşdülər.

Onu da qeyd edək ki, “Marneuli Eagles” komandası yarışa hazırlığı Marneulidə yerləşən “AtaHolding” idman kompleksində keçiriblər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register