Marneulidə dini təşkilatlar və dövlət arasında mövcud olan problemlər müzakirə edildi

shex

Bu gün, 18 yanvar tarixində Marneuli Mülki Məşğuluq Mərkəzində “Din və Dövlət” mövzusunda görüş keçirildi. Görüş Etnik və Dini Araşdırmalar Mərkəzi tərəfindən Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin tərəfdaşlığı ilə təşkil olunmuşdu.

Bu günkü görüş Amerka səfirliyinin Demokratiya Komisiyyasının qrantı çərçivəsində keçirildi. Bu layihənin məqsədi dinlərarası dialoqa dəstək olmaq və dini proseslərlə bağlı aktual mövzuların irəliləyişinə nail olmaqdır.

Bu günkü görüş haqqında Etnik və Dini Əlaqələr Mərkəzinin rəhbəri Lela Cecelava “Marneuli” Radiosuna məlumat verdi.

“Bizim bu günkü görüşün mövzusu mühüm məsələlərdən biri olan din və dövlət mövzusudur. Bu mövzu bizim ölkədə bütün dini kəsimləri narahat edir və konkret olaraq Kvemo Kartlidə bu görüşün keçirilməsi Kvemo Kartlidə olan dini təşkilatların dövlətlə münasibətlərində yaranan problemlərin həllinə dəstək və ölkədə inteqrasiya prosesinin düzgün istiqamətdə aparılmasına imkan verən ümumi platformanın aşkarlanması məqsədini daşıyır”.

Onu da əlavə edək ki, bu cür görüşlər Dağlıq Acarıstanda, Cavaxetiyada, Tbilisidə və Pankisi dərəsində də keçirilməsi planlaşdırılır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register