“Yenə də böyüyəcəklər” abidəsi ətrafında yarım milyonluq park

kidevac-daizrdebian 1

Tbilisidən Marneuliyə gələn yolun kənarında əllərində xəncər tutmuş iki uşaq və qadın heykəlini görməmək mümkün deyil. Həmin abidə “Yenə də böyüyəcəklər” adlanır və 1975-ci ildə heykəltəraş Merab Berdzenişvili tərəfindən yaradılıb.

“Yenə də böyüyəcəklər” Marneulinin vizit kartına çevrilib. Elə bir toyu, banketlər və ya son zəngləri təsəvvür etmək çətindir ki, bəy-gəlin, məzunlar və müəllimlər bu abidə yanında xatirə şəkli çəkdirməsin.

Abidənin bu qədər məşhur olmasına baxmayaraq, onun ətraf əraziləri bərbad vəziyyətdədir. Abidə ətrafında istirahət parkı yoxdur.

Marneuli bələdiyyə məclisinin 2017-ci ilin son iclasında bələdiyyənin abidənin ətrafında müasir dizayna malik park yaratmaq planı barədə fikir səsləndi.

Parkın planlaşdırılmasında Marneuli bələdiyyəsinnə Mədəniyyət Abidələrinin Qorunması üzrə Milli Agentlik köməklik göstərir. Bu barədə Mədəniyyət Abidələrinin Qorunması üzrə Milli Agentliyin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Beka Baramidze məlumat verdi.

“Yerli bələdiyyənin maraqları daxilində olan parkın yaradılmasını necə təsəvvür etmələri, qeydləri, arzuları barədə aspektləri dinlədilər. İndi isə bizim Layihələr İdarəsi bu qeydlər, bu arzular əsasında layihə işləri üçün texniki məsələləri hazırlamalıdır. Sonra isə bu barədə tender elan olunacaq”.

Beka Baramidze onu da qeyd etdi ki, Gürcüstan Mədəniyyət Abidələrinin Qorunması üzrə Milli Agentliyin Layihələr İdarəsi təxminən bir ay ərzində parkın yaradılması ilə bağlı texniki tapşırıqları hazırlayacaq. Bunun əsasında isə Marneuli bələdiyyəsi işlərin fiziki olaraq başlanması üçün tender elan edəcək.

Yerli büdcədə layihənin həyata keçirilməsi üçün 500 000 lari nəzərdə tutulub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register