Növbədənkənar iclas haqqında iclasın başlanmasına bir saat yarım qalmış elan olundu

15-33

Növbədənkənar iclas haqqında məlumat meriyanın saytında iclasın başlamasına bir saat 30 dəqiqə qalmış yerləşdirildi.

12:38 – saytda bələdiyyə məclisinin iclası haqqında heç bir məlumat yoxdur:

12

 

15-3327016412_912056158970820_44791064_oარც 14:38 არ

Bələdiyyə məclisinin iclası haqqında məlumat yerləşdirilib

15-33

15:33 – bələdiyyə məclisinin iclası haqqında məlumat yerləşdirilib.

Marneuli bələdiyyə məclisinin reqlamentinin 134-cü maddəsinə  əsasən maraqlanan şəxslərin öz rəylərini təqdim etməsi məqsədiylə bələdiyyə məclisi, bələdiyyə məclisi bürosu, bələdiyyə məclisi komissiyasının keçirəcəyi iclasın yeri, başlama saatı, gündəlikdə duran məsələlər, müzakirələrin mövzusu haqqında məlumat iclasın keçirilməsinən ən az 7 gün qalmış saytda yerləşdirilməlidir.

Həmçinin bələdiyyə məclisinin iclasları ictimaidir və hər bir arzu edən şəxsin iclasda iştirak etmək hüququ var.

“Yerli özünüidarə məcəlləsi”nin 87-ci maddəsinə əsasən bələdiyyə məclisi və bələdiyyə məclisi komissiyalarının iclası ictimaidir, hər bir maraqlanan şəxs əvvəlcədən xəbərdarlıq etmədən iclaslarda iştirak etmək hüququna malikdir.

Marneuli bələdiyyə məclisinin növbədənkənar iclası 18 yanvar 2018-ci il, saat 16:00-da keçiriləcək

Növbədənkənar iclsda gündəlikdə duran məsələlər:

  1. Marneuli bələdiyyəsi meriyasının işçilərinin siyahısı, ictimai məmurların vəzifə rütbələri, vəzifə maaşlarının miqdarının müəyyən olunması və təsdiqlənməsi
    /Çıxış edən: R.Tabatadze/
  2. Marneuli bələdiyyəsi meriyasında əmək müqaviləsi əsasında işə qəbul olunmuş şəxslərin sayının razılaşdırılması və onların vəzifə maaşlarının müəyyənləşdirilməsi
    /Çıxış edən: R.Tabatadze/
  3. Marneuli bələdiyyə məclisinin vəzifəli şəxsləri və bələdiyyə məclisi aparatının ictimai məmurların vəzifə rütbələri, vəzifə maaşlarının miqdarının müəyyən olunması və Marneuli bələdiyyə məclisi aparatı işçilərinin siyahısının təsdiqlənməsi.
    /Çıxış edən: R.Tabatadze/
  4. Marneuli bələdiyyə məclisinin 2017-ci il 20 noyabr tarixli “Marneuli bələdiyyəsi meriyasının nizamnaməsinin təsdiqlənməsi haqqında” 36 saylı qərarına dəyişikliyin edilməsi.
    /Çıxış edən: N.Dekanoidze/
  5. “Marneuli bələdiyyəsi meriyasının İqtisadiyyat Xidmətinin nizamnaməsinin təsdiqlənməsi haqqında” Marneuli bələdiyyə məclisinin 2017-ci il 20 noyabr tarixli 42 saylı qərarına dəyişikliyin edilməsi
    /Çıxış edən: N.Dekanoidze/
  6. “Marneuli bələdiyyəsi meriyasının Nəzarət Xidmətinin məlumat protokolu və yaradılma aktı formasının təsdiq olunması haqqında” Marneuli bələdiyyə məclisinin 2017-ci il 29 noyabr tarixli 51 saylı qərarına dəyişikliyin edilməsi
    /Çıxış edən: N.Dekanoidze/
  7. Vətəndaşlar tərəfindən Marneuli bələdiyyəsi ərazisində qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin işlənilməsi proqramı haqqında
    /Çıxış edən: N.Dekanoidze/
  8. Marneuli bələdiyyəsi ərazisində xətti qurğuların yerləşdirilməsi üçün verginin tətbiqi haqqında
    /Çıxış edən: N.Dekanoidze/
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register