Milyon lari dəyərində artan maaş fondu

sakrebulooo

Marneuli Bələdiyyəsində Bələdiyyə Məclisinin növbədən kənar iclasında Meriya və Bələdiyyə Məclisi əməkdaşlarının maaşı artıb. Bələdiyyə sədri 2650 lari əvəzinə 4100 lari alacaq. Sədr müavininin maaşı 2250 lari əvəzinə 3500 lari olacaq. Fraksiya sədri 1680 lari əvəzinə 2300 lari alacaq, fraksiya sədr müavininin maaşı 1280 lari əvəzinə 1800 lari, 1680 lari əvəzinə isə komissiya sədrinin maaşı 2300 lari olaraq müəyyənləşib.

Vəzifə maaşları Meriya və Bələdiyyənin bütün mövqelərində artır.  Marneuli Bələdiyyəsi Aparatının rəhbəri Nino Beridze maaşların artmasını yerli özünüidarəetmə qanununa daxil edilən dəyişikliklərlər izah edir.

“Məbləğ olaraq maliyyə-büdcə xidmətinin rəhbərinin də qeyd etdiyinə görə ayda təqribən 55 min lari fərq var. Sıravi mütəxəssisdən başlayaraq hamının maaşı artıb”.

Maaş Fondunun artması ilə müxalifət razılaşmır,”Avropalı Gürcüstan”ın nümayəndəsi Əhməd İmamquliyev qeyd edir ki, ümumi hesabda vəzifə maaşları təqribən ildə bir milyon lari artıb.

“Mən qarşı çıxdım və yenə də qarşıyam. Bələdiyyə əməkdaşların 55 min lari gəlir. Meriya əməkdaşları üçün də ildə 660 min lari artıb. Qanunla qəbul olunub ancaq biz görürük ki, təmizlik xidməti məbləğ olmadığına görə çalışa bilmir”.

Bələdiyyənin növbədənkənar iclasında vəzifə maaşlarının artmasından əlavə, ağır texnikadan istifadəni də müzakirə ediblər. Marneuli Bələdiyyəsinə bir neçə il əvvəl verilmiş traktorlardan əhali hələ ki, istifadə etməyiblər və bugünkü iclasda istifadə qaydası müəyyənləşdi. Nino Beridzenin sözlərinə görə, yerli büdcədən traktorların yanacağı üçün məbləği ayrılacaq.

“Sosial reytinq balı 100 mindən aşağı olan vətəndaşlar üçün nəzərdə tutulub. Məsələn həmin şəxslərin öz mülkü olmasa da istifadəsində olan sahələr üçün də subsidləşdirmə olur. Bu halda yanacaqla təmin olunacaq”.

Bugünkü Bələdiyyə İclasında, Marneulinin meri rezerv fondundan 3 yaşlı leykemiyadan əziyyət çəkən uşağa yardım etmək qərarını verdi. Bundan əlavə, Bələdiyyə deputatları xətti tikintilərə verginin təyin edilməsi qaydasını dəstəkləyiblər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register