Daxili İşlər Nazirliyində İnsan Hüquqlarının Müdafiəsi Departamenti yarandı
DİN-də İnsan Hüquqlarının Müdafiəsi Departamenti yaranıb. Hökumətin sərəncamınd qeyd olunduğu kimi, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin əsas məqsədi kompetensiya çərçivəsində, ailə cinayətinin, qadına qarşı zorakılığın, diskriminasiya ilə törədilən cinayətin, insan alveri, azyaşlıya qarşı törədilən cinayət faktlarına vaxtında reaksiya göstərilməsinin təmin edilməsidir. Eləcə də İnsan Hüquqlarının Müdafiəçisi olan dövlət orqanları və QHT-lə əməkdaşlıq da məqsəd daşıyır.
İnsan Hüquqlarının Müdafiəsi Departamenti rəsmi olaraq DİN-də 23 yanvar tarixində təqdim olunacaq. Departamentə kimin rəhbərlik edəcəyi də həmin tarixdə açıqlanacaq. ipn
Ermənistan Prezidenti vəzifəsidə Serj Sarkisianı, güman ki, Armen Sarkisian əvəz edəcək
Ermənistan Prezidenti Serj Sarkisian Britaniyada Ermənistanın səfiri Armen Sarkisiana İdarəçi Respublikaçılar Partiyasının adından Prezident Seçkilərində iştirak etməyi təklif edib. Serj Sarkisian və Armen Sarkisianın görüşü Prezident Rezidensiyasında baş tutub.
Ona qədər ziyalılarla görüşdə Sarkisian bildirib ki, gələcək Prezidentin zəngin keçmişi olmalıdır, uzun yol keçməli və ölkədə və xaricdə tanınmış şəxs olmalıdır. Qeyd etmək lazımdır ki, Prezident seçkilərindən sonra Ermənistanda Konstitusional reforma qüvvəyə minəcək və ona əsasən ölkə Parlament quruluşuna keçəcək. İlk dəfə ölkənin tarixində Prezidenti əhali deyil Parlament seçəcək.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments