12 yaşlı Marneulili yeniyetməni qatar vurub , yeniyetmə yerində dünyasını dəyişib

matarebeli

Marneuli sakini 12 yaşlı yeniyetməni məktəbdən evə qayıdarkən qatar vurub. Hadisənin şahidinin sözlərinə görə, oğlan yerindəcə dünyasını dəyişib. Onlar həmçinin deyirlər ki, yeniyetmə qatar relsləri yolu ilə evə gedirmiş.

Dünyasını dəyişən yeniyetmə Marneuli şəhərinin 2 saylı ictimai məktəbinin 7-ci sinifində təhsil alırmış. O, ikinci növbədə oxuyurmuş. Marneuli şəhərinin 2 saylı ictimai məktəbinin direktoru Şorena Xuxua bizimlə söhbət zamanı bildirdi ki, ikinci növbə saat 18:20-də başa çatır. Yeniyetmə sinif yoldaşları və sinif rəhbəri ilə birgə məktəbi tərk edib evə gedib.

“Məktəbi bitirdi, sinif rəhbəri ilə birgə bayıra çıxdı. Evə getdi və bildiyimə görə evə lap yaxın imiş. Bilmirəm niyə qatar yolunda dururmuş və niyə hərəkət etməyib. Yeddiyə iyirmi dəqiqə işləmiş məktəb bitir , deyilənə görə 10 dəqiqə sonra bu hadisə baş verib. Demək olar ki, evə çatırmış” – bildirir Şorena Xuxua.

“Marneuli” Radiosu ilə söhbət zamanı hadisə yerinə yaxın yaşayanlar qeyd edirlər ki, evdən səs eşidiblər və bayıra çıxıblar. Qatarın xəbərdarlıq siqnalını isə eşitməyiblər. Şahidlər həmçinin deyirlər ki, uşaq qulaqcıqlarla hərəkət edirmiş və yaxınlaşan qatarın səsini ona görə eşitməyib.

“Nə baş verdi heçnə başa düşmədim.Uşaq yolda ölmüşdü. Biz Rustavi ekspertizasını çağırdıq”.

Gürücstan Dəmir yolu müsahibə verməkdən çəkindi.

“Marneuli” Radiosuna DİN-dən bildirdiklərinə görə, istintaq CM-nin 275-ci maddəsinin üçüncü hissəsi ilə gedir və maddə insan həyatına son qoyan, dəmiryolu nəqliyyatının hərəkətinin təhlükəsizliyi və ya ekspluatasiyası qaydalarının pozulmasını nəzərdə tutur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register