Provoslav kilsəsi bu gün Natlisğeba bayramını qeyd edir

111

Provoslav kilsəsi bu gün Natlisğeba bayramını qeyd edir. Valideynlər bu gün xüsusən öz uşaqlarını suya çəkirlər. Marneulinin Davit Ağmaşenebeli adına kilsəsinin keşişi bildirir ki, hələlik bu gün üç nəfər xristian olub. Dindarlar öz sevinclərini ifadə edir və bu gün münasibətilə ümum Gürcüstanı təbrik etdilər.

“Bütün Gürücstanı təbrik edirəm. Allah bu bayramda hamımızı qorusun”.

“Mən hamını təbrik edirəm və xoşbəxtlik, sağlamlıq arzulayıram. Hamıya sevinc arzulaylram”.

Natlisğeba qədim xristian bayramıdır. 12 kilsə bayramından biridir. Dinə əsasən bu bayram İordaneti çayında İohan tərəfindən İsa məsihin suya çəkilməsinə bağlanır. Məhz bu gündən suya çəkmək adəti öz mənbəsini götürür.

Bu günlə əlaqədar Gürcüstanın bütün qüvvədə olan kilsəslərində bayram duası oxunur, duadan sonra xeyir-dua verilmiş su dindarlara paylanır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register