Azərbaycanda “20 Yanvar” faciəsi qurbanlarının əziz xatirəsi yad edildi

20 yanvar

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunur.

Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşuldu və ölkə suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, Azərbaycan xalqı o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Azərbaycan xalqının qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan respublikasında və dünyanın bir çox ölkəsində hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register