7 yaşlı Marneulili oğlan güman ki, meningitdən dünyasını dəyişib

7269

7 yaşlı Marneulili oğlan “Aversi” klinikasına cümə axşamı günü, yanvarın 18-də, gecə saatlarında aparılıb. İnfeksion şöbə olmadığına görə “Aversi” klinikası səhər saatlarında uşağı “İaşvili” klinikasına göndərib. “Aversi” klinikasından “Marneuli” Radiosuna bildirildiyinə görə, 7 yaşlı xəstədə aşağı temperatur qeydə alınıbmış.

“Mən diaqnozu təsdiqləyə bilmərəm. Amma xəstəni həqiqətən gətirmişdilər. 7 yaşlı uşaq idi. Biz xidmət göstərə bilməzdik çünki infeksion yönlü xəstə idi və buna görə də, “İaşvili” klinikasına göndərdik. Bildiyimə görə dünyasını dəyişənə kimi diaqnozu da təsdiqləyə bilməyiblər və hansı diaqnoz qoyulub bunu deyə bilmərəm”, -deyə bildirdi “Aversi” klinikasının nümayəndəsi.

Xəstə “İaşvili” klinikasına aparıldıqdan sonra dünyasını dəyişib. “İaşvili” klinikasından deyilənə görə, 7 yaşlı uşağın xəstəliyinin dəqiq diaqnozu hələ də qoyulmayıb.

Marneulidə, müxtəlif media vasitələrində məlumat yayıldı ki, uşaq “Sibir xorası” xəstəliyindən dünyasını dəyişib və bu rayonda təlaşın yayılmasına səbəb olub. Məhz buna görə, bu gün, 22 yanvarda, Marneulinin Xəstəliklərin Nəzarəti və İctimai Səhiyyə Mərkəzinin Epidemologiya şöbəsinin nümayəndəsi, dünyasını dəyişən uşağın 1-ci sinifində təhsil aldığı, Marneuli 8 saylı ictimai məktəbində məktəb müəllimləri və valideynlərlə görüş keçirib.

Epidemoloq valideyn və müəllimlərə bildirib ki, onlarda olan məlumata görə uşağın dünyasını dəyişməsinə səbəb “Sibir xorası” deyil “meninqoktsemiya”dır.

“Heç bir “Sibir xorasından” söhbət getmir. Bu tam başqa xəstəlikdir və başqa simptomları var. Dünyasını dəyişənə meningit diaqnozu qoyulub. Biz bu gün məktəb şagirdlərində yoxlama apardıq və nəticədə deyə bilərik ki, təlaşa səbəb yoxdur. Valideyinlərə məsləhət məqsədi ilə bildirdik ki, uşaqlar antibiotik müayinə kursu keçsinlər”, – bildirir epidemoloq, Polad Həsənov.

Həsənovun sözlərinə görə, uşaqlar müəyyən dövr ərzində nəzarətə götürüləcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register