Tenderin ləğv olunmasına görə Marneulidəki uşaq bağçaları bir həftə gecikmə ilə açıldı

bagi 1

Marneulidə uşaq bağçalarında tədris prosesi yeni il tətilindən sonra bu gün yenilənib. Marneuli Radiosu 18 dekabrda Marneulinin uşaq bağçalarında qış tətili haqqında sujet hazırlamışdı. Marneuli uşaq bağçaları birliyinin sədri Zaur Kərəmov bildirmişdi ki, tədris prosesi 15 yanvar tarixində başlayacaqdı. Ancaq bir həftə təxirə salındı. Kərəmov deyir ki, bunların hamısına bir qida məhsullarına dair elan olunan tenderin alınmaması səbəb olub.

“Dekabrın 21-də 2017-ci ilin verilməsi bitdi. Yeni tender elan olunmuşdu amma alınmadı. Qiymətin 20 faiz ednirilməsi və adekvatlaşdırılması lazım idi. Təqdim etmədilər və bu gün hər şey qaydasındadır” -deyə Zaur Kərəmov bildirdi.

Uşaqların qida menyusuna gəldikdə isə, Zaur Kərəmov deyir ki, qidalarda ölçü dəyişib və onun dediyinə görə, menyu bütün standartları nəzərə alaraq tərtib olunub.

Tbilisinin uşaq bağçalarında yeni qida menyusu var. Standarta əsasən bulka, şokolad, krem və şokolad dolu şirniyyatlar, qədəri 15%-dən çox yağlardan ibarət digər şirniyyat məmulatları minimuma endirilib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register