Təhsil naziri – Universitetlərin sayı azalacaq, dövlət abütiryentlərə, tələbələrə və valideynlərə həqiqəti deməlidir

Universitetlərin sayı azalacaq, – bu haqda İPN-ə müsahibəsində Elm və Təhsil naziri Mixeil Çxenkeli bildirib.
Çxenkelinin sözlərinə görə, dövlət abütriyentlərə, tələbə və valideynlərə universitetlərdə olan problemlər haqqında həqiqəti deməlidir.
“Universitetlərlər bağlı bir çox yeni ideyalarımız var. Amma birinci keyfiyyətdir. Artıq proses başlayıb və universitetlərin avtorizasiya baxımından monitorinqi nəzərdə tutulur. İki növ universitet bölmək istəyirəm harada ki, monitorinq keçirilib. Əgər biz görsək ki, universitetin düzəlmək üçün şansı var, onlara şans veriləcək ki, standarta nail olsunlar və təkrar monitorinq keçiriləcək. Əgər görsək ki, universitetin vəziyyəti düzəltməyə şansı yoxdur onların avtorizasiyasl götürüləcək və tələbə qəbulu dayandırılacaq” – bildirib Mixeil Çxenkeli.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments