Batumidə 99,4 milyonluq yeni stadionun tikintisi başlayıb

batumi stadion

Batumidə 21 yanvar tarixində, yeni, UEFA-nın standartlarına uyğun futbol stadionunun tikintisi başlayıb. Tikintinin başlamasında dövlət nümayəndələri və Futbol Federasiyasının Prezidenti Levan Kobiaşvili də iştirak edib.

Yeni stadion UEFA-nın dördüncü kateqoriyasının standartları ilə tikili və o, 20 000 tamaşaçı üçün nəzərdə tutulacaq. Stadion Acaranın Maliyyə və İqtisadiyyat nazirliyinin sifarişi ilə tikilir. Tikintinin dəyəri 99 448 408 laridir. Obyekti tenderdə qalib gələn tikinti kompaniyası Anaqi tikir.

Müqaviləyə əsasən, stadionun tikinti işləri 2020-ci ilin sentyabrında başa çatacaq. Tikinti prosesində 500 nəfər işlə təmin olunacaq.

Mənbə: On.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register