Dörd yeni kimyəvi element kəşf edilib

131210065725_periodic_table_624x351_bbc_nocredit

   Kimyəvi elementlərin dövri cədvəlinə dörd yeni element əlavə olunub.

  Rusiya, ABŞ və Yaponiyadakı alimlər tərəfindən kəşf edilən dörd super-ağır kimyəvi element mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra rəsmi olaraq cədvəldəki yerini alıb.

Beləliklə, cədvəlinin yeddinci sırası da dolub.

Sonuncu dəfə 2011-ci ildə 114 və 116 saylı elementlər cədvələ daxil olmuşdu.

Mərkəzi ABŞ-da yerləşən kimyəvi təsnifat, terminologiya və ölçülər üzrə qlobal təşkilat Beynəlxalq Təmiz və Tətbiqi Kimya Dərnəyi 113, 115, 117 və 118 şəklində müəyyən edilən dörd yeni elementi dekabrən 30-da reyestr edib.

İnsan əli ilə yaradılan yeni elementlər, yüngül atom hissəciklərinin bir-birilə vuruşduraraq daha sonra radioaktiv super ağır elementlərin parçalanmasını müşahidə edərək kəşf edilib.

Guardian yazır ki, Yaponiyada Riken İnstitutunda araşdırmanı aparan Kosuke Morita deyib ki, komandası indi “119 elementinin və digərinin məlum olmayan hissələrinə baxmağı planlaşdırır.”

Kimya üzrə Nobel mükafatı almış Ryoji Noyori tapıntı ilə bağlı “alimlər üçün bu Olimpiyadalarda qızıl medalı qazanmaqdan belə daha dəyərlidir” deyib.

Hələlik dövri cədvəldəki yerlərinə görə adlandırılan elementlər gələcək aylarda kəşfi həyata keçirən qruplar tərəfindən adlandırılacaqlar.

Beynəlxalq Kimya Cəmiyyətinin Qeyri-üzvi Kimya Kafedrasının Müdiri Professor Jan Reedjik kimya birliyinin dövri cədvəldə yeddinci sıranın başa çatmasını görmək üçün səbrsizləndiyini deyib.

Reedjik bildirib ki, bu elementlər müvəqqəti olaraq ununtrium (Uut, ya da element 113), ununpentium (Uup, element 115), ununseptium (Uus 117) və ununoctium (Uuo, element 118) adlanır.

Yeni elementlər adlarını mifoloji anlayış, mineral, yer və ya ölkə, obraz və ya elm insanlarından da ala bilər.

Mənbə: bbc.com.azeri

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register