Mustafa Çabuk: Mənim həbsxanada olmağım siyasi qərardır

aksiya

“Mənim burada olmağım siyasi qərardır, heç bir cinayət törətməmişəm, nə Gürcüstanda nə də Türkiyədə” – bildirib 22 yanvar tarixində Tbilisi Appelyasiya Məhkəməsində Dəmirəl məktəbinin keçmiş idarəçisi Mustafa Çabuk. O, ekstradasiya öncəsi həbsdədir.

O, məhkəmə prosesində bildirib ki, Türkiyədə baş verən çevriliş cəhdi ilə heç bir əlaqəsi yoxdur və yalnız Fətullah Gülənin ideyalarını paylaşdığı üçün təqib olunur.

“17 ildir ki, Gürcüstanda çalışıram. Nə Gürcüstanda nə də Türkiyədə pis heç nə etməmişəm. Müəlliməm… Həmişə müəllimlik peşəsini sevmişəm. Türkiyədə baş verən çevriliş cəhdi ilə əlaqəm yoxdur. Onda mən Gürcüstanda idim. Bu xəbəri televiziyadan eşitdim”, – bildirir o.

Çıxışı zamanı Çabuk qeyd edib ki, Türkiyədə ona qarşı pis və təhqiredici şəkildə davranacaqlarından qorxur.

Mustafa Çabuku Türkiyə hakimiyyəti “Terror təşkilatı” FETO-nun işlərinə dəstək olmaqda ittiham edir.

Hal-hazırda Çabuk Gürcüstanda ekstradasiya öncəsi həbsdədir və Gürcüstan hakimiyyətindən qaçqın stausu tələb edir. Nazirlik ona status verməkdən imtina edib. Bu qərarı Şəhər Məhkəməsi qüvvədə qoyub, indi isə Appelyasiyada müzakirə davam edir.

22 yanvar tarixində baş tutan iclasda tərəflər öz mövqelərini qeyd ediblər. Qaçqınlar Nazirliyi hesab edir ki, Şəhər Məhkəməsinin Çabuka qaçqın statusu verməməsi qərarı düzgün idi və Appelyasiya məhkəməsi onu ləğv etməməlidir. Vəkil isə deyir ki, Şəhər Məhkəməsinin qərarı arqumentli deyil, hakim ümumiyyətlə müdafiə tərəfinin sübutlarını müzakirə etməyib, ona görə də bu qərar ləğv olunmalıdır.

Mənbə:Netgazeti.ge

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register