Antaliyadan daha yaxşı çimərlik – Saakaşvilinin ukraynalılara video müraciəti

მიშო

მიშოMixail Saakaşvili Ukrayna əhalisinə Antaliyadan daha yaxşı sahil xəttinin qurulmasını vəd verir. Bu haqda Gürcüstanın üçüncü Prezidenti və Ukraynanın müxalifət qüvvələrinin lideri özünün rəsmi Facebook səhifəsində yayımlanan imic klipində danışır.

Mixail Saakaşvilinin dediyinə görə, bu Avropanın sonuncu əl dəyməmiş çimərliyidir ki, çoxları yəqin heç bu haqda bilmir də.

“Zatok və Sergeevkadan sonra, bir neçə onluq kilometr Ukrayna çimərliyi araşdırılmayıb və  toxunulmayıb. Yerli hakimiyyət onlara sahiblənməyi hələ çatdırmayıb, çünki buraya yol çəkilməyib və Allaha şükür ki, belə imiş. Biz yol çəkəcəyik və mehmanxanalar tikəcəyik. Həmçinin, burada dağ biznesi olacaq və o, əlavə turistləri cəlb edəcək. Burada 10 minə qədər iş yeri yaranacaq.

Burada Ukrayna Marbellası olacaq. Antalya belə başlayırdı və bura Antaliyadan yaxşıdır. Sadəcə, infrastrukturun inkişafına başamalıyıq; Gözəl çimərliklər, ətrafı üzümlüklərlə, möhtəşəm şərabla əhatə olunacaq. Bu yalnız gözəl Odessadan bir saatlıq məsafədə yerləşir. Nə desək də, baxın – burada sahə və azadlıq var… Bu gözəllik və möcüzədir, ey adamlar”, – deyir Mixail Saakaşvili imic klipində.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register