Gürcüstanda siqaret 3 dəfə bahalaşdı

სიგარეტის
   Gürcüstanda “Philip Morris” firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə artırılıb.

   Bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
   Məlumata görə, Tblisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək, demək olar ki, mümkün deyil.
“Parlament” siqaretinin qiyməti 2 dollardan 4,2 dollara(4.79 laridən 10.07 lariyə) , “Marlboro” 1,3 dollardan 3,3 dollara(1,3 laridən 7.91 lariyə), “Checterfild” 0,9 dollardan 2 dollara( 3.12laridən 8.96lariyə), “LM” təxminən 1 dollardan 1,7 dollaradək( 2.40 laridən 4.70 lariyə) bahalaşıb.
Gücürstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.
Qeyd edək ki, 2015-ci il dekabrın 11-də Gürcüstan parlamenti “Vergi məcəlləsi”ndə dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti qalxıb. Hökumətin planına əsasən, tütün məmulatlarının qiyməti yaxın 8 ildə hər il qalxacaq.
Mənbə: azadzona.org
 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register