Ceyhun Çovdarov Bələdiyyə Məclisinin işlərinə daha bir əməliyyat keçirdikdən sonra qoşulacaq

chovdarovi

“Gürcü Arzusu”nun Qızılhacılı kəndindən seçilmiş majoritar deputatı Ceyhun Çovdarov bir daha əməliyyat olunmasını gözləyir. O, ümid edir ki, bu əməliyyatdan sonra Marneuli Bələdiyyə Məclisinin işlərinə qoşula biləcək. O, səhhətində olan problemlərə görə altıncı çağırış bələdiyyə məclisinin iclaslarında iştirak edə bilməyib.

Bizimlə telefon söhbətində o, qeyd etdi ki, istintaq hələ davam edir və hələ ki, başqa məlumatı yoxdur.

Xatırladaq ki, 19 oktyabr tarixində Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində “Gürcü Arzusu”nun qərargahına naməlum şəxslər hücum edib və atəş açmışdılar.

Nəticədə beş nəfər yaralanmışdı və onar arasında ən ağır xəsarət alan Ceyhun Çovdarov idi.

Ceyhun Çovdarov 2017-ci ilin yerli özünüidarəetmə seçkilərində iştirak etmişdi və MSK-nın götəricilərinə görə 78,34% səs toplamışdı. Bu isə 967 seçici deməkdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register