“Javelin” sistemi artıq Gürcüstandadır

Javelin

“Javelin” sisteminin əldə olunmasının ilk mərhələsi uğurla başa çatıb. Gürcüstanda “Javelin” sistemi təhlükəsiz yerdə yerləşdirilib” – bu haqda Gürcüstanın Daxili İşlər Naziri ABŞ-ın səfiri ilə görüşdən sonra bildirib. Levan İzorianın bəyənatına görə, yaxın gələcəkdə hazırlıqlar başlayacaq ki, gürcü hərbçiləri bu sistemdən istifadə üçün vacib olan bacarıqları öyrənsinlər.

Levan İzoria Yan Kelini Müdafiə Nazirliyində qəbul edib. Söhbət eləcə də strateji tərəfdaşlıqla bərabər müdafiə sahəsində iki tərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələrə-Gürcüstanın müdafiəyə hazır olan proqramının qüvvəyə minməsi və gələcək əməkdaşlıq perspektivləri haqqında da söhbət gedib.

Görüşdə Müdafiə Nazirinin birinci müavini Lela Çikovani, ABŞ-ın Müdafiə Attaşesi, Polkovnik Cepri Hartman, ABŞ səfirliyi nümayəndələri, Ceyms Moris və Müdafiə sahəsində əməkdaşlıq ofisinin rəhbəri Con Meyers iştirak edib.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register