“Meninqoktsemiya” peyvəndi dövlət proqramında yoxdur

Paata İmnadze

“Meninqoktsemiya peyvəndi dövlət proqramında yoxdur, ancaq özəl sektorda var. Kimə lazım olsa özəl sektora müraciət edərək əldə edə bilər”– bu haqda İPN-ə Xəsətliklərin Idarəsi və Milli İctimai Səhiyyə Mərkəzinin direktor müavini Paata İmnadze bildirib. Onun qeyd etdiyinə görə, konkret olaraq meninqoktsemiya peyvəndi yalnız Gürcüstanda deyil həm də başqa ölkələrin dövlət proqramlarında da yoxdur.

“Meninqoktsemiya peyvəndi dövlət proqramında yoxdur. Avropa ölkələrində də belədir, yəni orada da dövlət proqramına bu peyvənd daxil edilməyib. Amma əgər kiməsə lazım olsa özəl sektora müraciət edərək əldə edə bilər. Statistikaya gəldikdə isə, İngiltərədə xəstəlik yüz dəfə çoxdur nəinki bizdə” – bildirir Paata İmnadze.

Xatırladırıq ki, 20 yanvar tarixində Tbilisidəki İaşvili klinikasında Marneuli sakini olan 7 yaşlı uşaq Meninqoktsemiyadan dünyasını dəyişib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register