Xəritədə olmayan kəndin problemi

witelisopeli

Susana Osipova Marneuli Bələdiyyəsinin Tsitelsopeli kəndində yaşayır. Bu kənd rəsmi olaraq googlenin xəritəsində tapılmır, başqa adla tapa bilərsiniz. Azərbaycan dilindi Qımızı Kənd, rus dilindi Krasnoye selo – bu adlarla Tsitelsopelini tapa bilərsiniz. Kəndə gedəndə 50 metrə qədər asflat örtüyü görə bilərsiniz, sonra isə palçıqlı yoldan istifadə etməlisiniz. Susannanın övladı, İrakli məktəbi bir ildir bitirib ancaq yağışlı havada məktəbə getməkdə çətinlik çəkirmiş.

“Yollarla bağlı o narahat edir ki, yollarımızı düzəltsinlər ki, palçıqda gəzməyək. Uşaq məktəbi elə palçıq içində bitirdi. Paltar geyindirə bilmirdim, rezin çəkmələr geyindirirdim. Gedib məktəbdən özüm gətirirdim, palçıq içində olurdu. Düzəldə bilməzlər? Neçənci əsrdə yaşayırıq? Hər şey vəd edirlər, amma diqqət yetirmirlər”.

Marneuli İnfrastruktur xidmətinin rəhbəri Leri Panqanın bildirdiyinə görə, Tsitelsopelidə vətəndaş büdcəsi çərçivəsində yola asfalt qatının çəkilməsi planlaşdırılıb və 2018-ci ildə işlər başa çatacaq.

“Qırmızıkənddə yolun bərpası nəzərdə tutulub. İndi layihə hazırlanacaq, layihə qəbul olunandan sonra isə yolun tikintisi həyata keçiriləcək”.

Tsitelsopelidə 600-dən çox sakin yaşayır. Susana Osipovanın ailəsi kimi yerlilər yağışlı havada kənd yollarında palçıqlı küçələrdə hərəkət etməli olurlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register