Kumisi yolunda yol nəqliyyat hadisəsi baş verib

police

Yanvar ayının 22-də axşam saat 7 radələrində Kumisi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Marneuli” Radiosuna verilən məlumata görə, qəzada üç nəqliyyat vasitəsi iştirak edib.

Şahidlərin bildirdiyinə görə, nəqliyyat vasitələrindən biri taksi olub və həmin taksidə 7 nəfər sərnişini olub, onlar yüngül şəkildə yaralanıblar və həyatları üçün heç bir təhlükə yoxdur. Məlumat yayıldı ki, 7 nəfər sərnişini olan avtomobil Marneuli Tbilisi xətti ilə hərəkət edən marşrut taksisi olub. Ancaq Marneuli radiosu aydınlaşdırdı ki, həmin taksi Marneuli marşrut taksilərinə aid deyilmiş.

Daxili İşlər Nazirliyindən onu da bildirdilər ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 1-ci bəndi üzrə istintaq davam edir. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register