Marneuli məktəblərində onlayn dərslərin keçirilməsi üçün internet baxımından problem olmayacaq

chanaxchi 1

Fevral ayının sonlarından etibarən Gürcüstanın bütün məktəblərində “Evrika” layihəsi fəaliyyət göstərəcək. Layihə məktəblərdə onlayn dərslərin keçirilməsini nəzərdə tutur. “Etalon”un rəsmi veb səhifəsinin məlumatına görə, layihənin əsas məqsədi şagirdlərin oxumaq istiqamətində motivasiyalarının artırılmasıdır.

Qarşıda duran məqsədlərdən biri də şagirdlərin elm istiqamətində, yaradıcı və tənqidi təfəkkür istiqamətində maraqlarının dərinləşdirilməsidir. Dərslərdə məktəb müəllimləri də iştirak edəcəklər ki, bu da onların peşəkarlıq baxımından inkişafı üçün çox mühüm olacaq.

Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bildirdi ki, layihə haqqında hələlik ətraflı məlumatı yoxdur. Bununla belə qeyd edir ki, Marneuli məktəblərində internet baxımından heç bir problem yaranmayacaq. Belə ki, artıq bütün məktəblər internetlə təmin olunub.

“Bütün məktəblərdə internet mövcuddur. Bu layihənin həyata keçirilməsi üçün heç bir texniki problem olmayacaq”.

İlk öncə dərslər yalnız 9, 10 və 11-ci siniflərdə gürcü dili və ədəbiyyatı, tarix, kimya, fizika və biologiya fənləri üzrə keçiriləcək. Yeni dərs ilindən başlayaraq buna 7 və 8-ci siniflər də əlavə olunacaqlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register