Marneulidə 2018-ci ildə taksilərin məcburi qeydiyyatdan keçməsi planlaşdırılmır

transporti

Tbilisinin meri Kaxa Kaladze hökumət iclasında Tbilisidə hərəkət edən taksilərin məcburi qeydiyyatdan keçməsi haqqında danışıb. Media ilə söhbət zamanı merin müavini Maia Bitadze deyir ki, sürücülər qeydiyyat üçün ilkin mərhələdə asan normaları qane etməli olacaqlar. Konkret olaraq onların taksi trafareti və icazəsi olmalıdır. Bununla təsdiqlənəcək ki, onlar qeyd olunan işlə məşğuldurlar. Maia Bitadzenin bəyənatına görə, bu qanunverici layihədir və Parlemntə təsdiqlənmək üçün göndəriləcək.

Hüquqi əsas yaradacaq ki, yerli özünüidarəetmə müvafiq icazə formasını hazırlaya bilsin. Hüquqi aktın verilməsi 2018-ci ilin hansı ayından taksilərə icazə verilməsi vaxtını konkret bildirəcək. Regional İnkişaf və İnfrastruktur Nazirliyindən bildirirlər ki, regionlarda hərəkət edən taksilərin qeydiyyatı planlaşdırılır, ancaq 2018-ci ildə istirahət mərkəzi ərazilərində qeydiyyat məcburi olacaq.

Marneuli bələdiyyəsində bu məsələ ilə bağlı məlumatları yoxdur. Biz maraqlandıq ki, Marneulili taksi sürücüləri nə düşünürlər, onların əksəriyyəti qeyd edir ki, qeydiyyat üçün gözlənilən xərclər onların maddi durumunu pisləşdirəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register