Tbilisidə tranzit daşımalar üçün cərimə 20 laridən 500 lariyə qədər artacaq
Tbilisi meri Kaxa Kaladzenin bildirdiyinə görə, paytaxtda tranzit hərəkət üçün cərimə 20 laridən 500 lariyə qədər artacaq. Bu haqda Kaladze bələdiyyənin hökumət iclasında bildirib. Onun sözlərinə görə, 20 larilik cərimələr effektli deyilmiş və sürücülər bunu tez-tez pozurdular.
“Xatırladaq ki, Tbilisidə eləcə də böyük şəhərlərdə tranzit hərəkət qadağandır, ancaq kiçik cərimə olduğuna görə, sürücülər bu qaydanı rahat pozurdular. Cərimə bu gün səhv etmirəmsə 20 laridir. Biz düşünürük ki, bu 500 lariyə qədər artamlıdır. Bu bizim işlədiyimiz qanunvericilik dəyişiklikləri paketində artıq var və Parlamentə təqdim olunacaq”, – bildirir Kaladze.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments