26 ailə daha yaxşı yaşam şərtləri tələb edir

27156927_1437580459704269_657697524_n

Petrova Marina illərdir ki, Marneulidə yaşayır. O, tək anadır və iki övlad böyüdür. Özünün dediyinə görə, şəxsi yaşayış yeri yoxdur. Hökümətə dəfələrlə müraciət etsə də, yardım üçün nəticə olmayıb. Artıq bir ildir ki, əhali ilə birgə Marneulinin keçmiş Aqrar Universitetinin binasına sığınıb.

“Ümumiyyətlə tərk edilmiş, içəridə heç nə qeydə alınmayan bir yer idi və biz daxil olduq. 90 -a yaxın ailə var. Nə su nə işıq var idi. Kimi tək anadır, kimi çoxuşaqlıdır”.

Ümumi yaşayış yerində çox problemləri var. Öz problemlərini bildirmək üçün merlə görüşə dəfələrlər gediblər, ancaq Marina deyir ki, mer onları qəbul etməyib. Merin adına ərizəni isə bir aydır ki, yazıblar. Bu günə qədər də cavab almayıblar. Onun dediyinə görə, bina qəza vəziyyətindədir, su yoxdur. İşıqla bağlı isə ümumi sayğac var və elə də ödəyirlər.

“Biz merlə görüşmək istəyirdik ki, iqtisadi baxımdan müvəqqəti yaşayış yeri ayırsınlar. Biz də normal yaşayaq. İşıq və su yoxdur. Təbii qaz bizim adımıza düzəldilib hər ay qəbz gəlir və ödəyirik. Bizim hamımızın sosial müdafiəsiz status olmağımıza dair sənədimiz var. Yeni mer seçiləndə biz getdik. Birinci dəfə quberniyada idi. İkinci və üçüncü dəfə bizi qəbul etmədi. Aşağı endik və orada 46 yaşlı sosial xidmətdə çalışan qadın var. O, merin otağına daxil olanda onu kobud şəkildə qovdu. Qadın sosial məsələ ilə bağlı nəsə soruşub və ona deyib ki, sən yorulubsansa işləmə get evdə otur”.

Merlə görüşə cəhd edən Marinanı merin müavinlərinə ünvanlandırıblar. Onlardan isə faktiki olaraq cavab almayıblar. Onun dediyinə görə yaşayış binası İqtisadiyyat Nazirliyinin balansındadır. Onlara da məktub yazıblar və müvəqqəti sığınacaq verilməsinə dair inkar cavabı alıblar. Yerli meriyaya isə məktubu vasitəçi xarakterdə yazıblar. Yeganə çıxış yolu isə işi üçün sonuna qədər mübarizə aparmaqdır.

“Mən dayanmayacam. Haraya lazımdırsa müraciət edəcəm. Lap lazım olsa Prezidentə yazacam. Mən öz hüquqlarımı tələb edirəm. Gürcüstan vətəndaşıyam və o, mer bizə kömək etməyə məcburdur. Prezidentə yazmışdıq onlar bizi meriaya istiqamətləndirdilər ki, bizə yardım etsinlər”.

Qeyd olunan məsələ ilə bağlı Marneuli Meriyasından bildirirlər ki, bir halda ki, yaşayış korpusu bələdiyyənin balansında deyil, bu halda onların səlahiyyətinə daxil olmur və indiki mərhələdə hansısa addım atmaq üçün imkanları məhduddur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register