Meriya: İctimai nəqliyyatdan 72 kənddən əhalinin 30-40% istifadə edir

marshutka

Marneuli Bələdiyyəsində yerli əhali ictimai nəqliyyatla bağlı problemdən illərdir ki, şikayət edir. “Marneuli” Radiosu qeyd olunan mövzuda dəfələrlə sujet hazırlayıb. Əhali marşrut taksilərin, avtobusların çalışma qrafikindən və nəqliyyatda olan vəziyyətdən narazıdır.

Biz bir neçə dəfə çalışdıq ki, nəqliyyatla əlaqəli yerli özünüidarəetmədən cavab alaq. Buna baxmayaraq ki, müsahibə verməyə Marneuli Meriyasından imtina etdilər, problemlə bağlı məsələləri ictimai məlumatla on gün müddətində bizə təqdim etdilər.

Rəsmi məktubda qeyd olunduğu kimi, ictimai nəqliyyatdan Marneuli əhalisinin 30-40% istifadə edir, ancaq sərnişinlərin təqribən 72 kənddə daşınması baş verir.

Məktuba əsasən, yerli büdcədən subsidləşdirilmiş biri özəl olan dörd kompaniya sərnişinlərin daşınmasını həyata keçirir. Tələb olunan məlumata baxmayaraq, məktubda Meriya və kompaniya arasında olan konkret öhdəliklərə cavab verilməyib.

Həmçinin, yerli büdcədən subsidləşdirilmiş kompaniya “Marneuli Bələdiyyəsinin Avtoparkı” MMC Marneuli şəhərinə və Bələdiyyəyə daxil olan 14 kəndə xidmət edir. Eləcə də, yerli büdcədən subsidləşdirilən kompaniya “Marneuli munisipal nəqliyyat” MMC Ağkörpü-Opreti və Şaumian-Tserakvi istiqamətində, “Marneuli Bələdiyyəsinin Avtoparkı” MMC-nin nəqliyyat vasitələri 2018-ci ilin yanvar ayına görə səhər saat 07:00-dan 18:00-a qədər, özlərinə aid marşrut xəttlərinin çalışmasına başlayırlar;

Məktubda “Növbətçi avtobus” haqqında da söhbət açılır, məlumata əsasən bir növbədə olan avtobus sərnişinlərin daşınmasını üçün Marneuli şəhərində saat 18:00-dan sonra həyata keçirir.

Marneulidə ictimai nəqliyyatın dayanacaqları məsələsi problemlidir.

Məktuba əsasən, “Marneuli Bələdiyyəsinin Avtoparkı” MMC tərəfindən qrafik hazırlanır ki, ona əsasən, Marneuli Bələdiyyəsində sərnişinlərin sayının və ehtiyacının nəzərə alınması mümkün olacaq, dayanacaqların lokasiyası müəyyənləşəcək; Avtobuslar və marşrutlarda sərnişinlərin minib düşməsinin nəzarəti həyata keçirilir və bu günə qədər olan qaydaya əsasən tənzimlənir, ancaq məsələ üzərində çalışmalar davam edir.

Rəsmi məlumata əsasən, 2018-ci ilin Marneuli Bələdiyyəsinin yerli büdcəsində nəqliyyat daşımaları üçün, subsidiya şəklində, 460 000 lari nəzərdə tutulub; 2017-ci ilin büdcəsində, “Marneuli Bələdiyyəsinin Avtoparkı” MMC üçün subsidiya şəklində 470 000 lari nəzərdə tutulub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register