Marneulidə kilsəyə gedən yolun reabilitasiyası üçün 400 000 lari nəzərdə tutulub

wminda giorgis eklesia

Marneulidə Müqəddəs Qiorqi kilsəsinə gedən yol pis vəziyyətdədir. Demək olar ki, avtomobillə getmək faktiki olaraq mümkün deyil, buna pis havalarda palçıqlı yol problemi də əlavə olunur. Dindarlar üçün mövcud olan yol problemi illərdir ki var.

“Kimsə bu yerlərə diqqət etsə yaxşı olar. Həm ehtiyacımız da var”.

“Nə bilim yağışlı havalarda lap pis vəiyyətdədir. Hərəkət etmək mümkün deyil. Təmir olunsa yaxşıdır”.

Marneuli meriyası qeyd olunan problemin həllini planlaşdırır. Marneuli Radiosu Marneuli Meriyasının infrastruktur, sahə quruculuğu, arxitekturanın inkişafı və tikinti xidmətinin rəhbəri ilə müsahibə yazmağa çalışdı, ancaq məsələni aydınlaşdırmaq üçün onlar bizi meriyanın piar şöbəsinə istiqamətləndirdilər. Onlar isə yazılı cavab vermədilər.

“Sizi nəsə maraqlandırırsa bizim ki, piar şöbəmiz var”.

Marneulinin müqəddəs Qiorqi kilsəsinə gedən yolun reabilitasiyası üçün yerli büdcə 400 000 lari nəzərdə tutulub. İlkin mərhələdə reabilitasiya layihələrinin tərtibi və daha sonra reabilitasiya işlərinə dair tender elan olunması planlaşdırılıb. Yolun həcmi təqribən 700-800 metrə qədərdi və reabilitasiya çərçivəsində beton qatı çəkiləcək. Qeyd olunan layihə mövcud olan prosedurları keçdikdən sonra başlayacaq, ancaq konkret olaraq nə zaman başlayacaq məlum deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register