Prezident 2017-ci ildə 831 nəfər məhbusu əfv edib

Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili 2017-ci ildə 831 məhbusu əfv edib. Rəsmi məlumata görə, əfvdən sonra həbsxanadan 539 məhbus azad olunub – onlardan 37 nəfəri qadın 2 nəfəri həddi-buluğa çatmamış şəxsdir.
Azadlıqdan məhrum edilmə şəklində verilən cəzalardan 291 məhbusun cəzası azaldılıb. Onlardan 9 nəfəri qadın və 4 nəfəri həddi-buluğa çatmamış şəxsdir.
1 məhbus isə icbari işdən azad olunub.
Prezidentin veb-səhifəsində yayımlanan məlumata əsasən keçən il ərzində əfv komissiyası 5 iclas keçirib.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments