Marneuli 4 nömrəli açıq məktəbində yeni il şenliyi keçirildi

6 yanvar tarixində Marneuli 4 nömrəli açıq məktəbində Russiya səfirliyinin tərkibində fəalliyət göstərən gənclər təşkilatı tərəfindən konsert proqramı keçirildi.Konsert praqramında Marneulinin ibtidai sinif şagirdləri iştirak etdilər. Tədbir haqqında Rus dilli əhali təşkilatı “Jemçujina”-nın Rəhbəri Natalia Vereşyagina məlumatında-” bu günki şenlik nəyinki yeni il şenliyi bu dostluq remzi olan bir tədbirdir”-dedi.
Eyni zamanda Marneulili pedaqoq Halidə Əliyeva şənliyin təşkilində əməyi keçən hərkəsə təşəkkürünü bildirdi.
Tədbirdə Şaxta baba, qar qız və məktəb şagirləri iştirak etdilər. Konsert praqramı şagirləein hazırladığı rəqslə başa çatdı.
Müəllif: Şəlalə Əmircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments