Əhalidən fərqli olaraq mer narko siyasətdən danışmır

15442160_1787796181470428_822059720368102226_n

Gürcüstanda olan narko siyasətə bu gün Tbilisidə etiraz ediblər. Aksiyanın təşkilatçısı “Ağ səs-küy” hərəkatıdır. “Hamı küçəyə çıxsın” – bu şuarla Qiorqi Qiorqanaşviliyə dəstək olmaq üçün insanlar küçəyə çıxdılar. Qiorqi Qiorqanaşvili 0,3 qr Bufernorfinə görə 8 il azadlıqdan məhrum edilib. İttiham olunan şəxs cinayəti etiraf etmir və deyir ki, narkotiki onun üzərinə polislər yerləşdiriblər.

Biz çalışdıq ki, araşdıraq Marneuli sakinləri ölkədə olan narko siyasət haqqında nə düşünürlər, məlum oldu ki, sorğuda iştirak edənlərin əksəriyyəti narkotikdən istifadəyə qarşıdır, siyasət haqqında isə məlumatları yoxdur.

Baxmayaraq ki, narko siyasət haqqında küçədə xalq sərbəst danışır, həmin xalqdan seçilmiş mer öz fikirini bildirməkdən telefon müsahibəsində imtina etdi və bizi Marneuli ictimaiyyəti ilə əlaqələr xidmətinə istiqamətləndirdi.

Mer – Mən telefonla məlumat verə bilmərəm. Zəhmət olmasa piarla əlaqə saxlayın.

Nana – Mütləq əlaqə saxlayarıq. Yəni piar şöbəsi məlumat verəcəkmi bizə?

Mer – Bəli.

Çaşqın halda Meriyanın Piar şöbəsinə zəng vurduq, heç olmasa onlardan öyrənmək istədik ki, mer narko siyasət haqqında nə düşünür.

Nana – Mariam merə zəng vurdum və Bələdiyyənin meri olaraq onun fikri ilə maraqlanırdıq ki, Gürcüstanda olan narko siyasət haqqında nə düşünür. Dedi ki, piarla müəyyənləşdir. Bəlkə sən aydınlaşdırasan səninlə nəyi müəyyənləşdirməliyəm.

Mariam – Hansı məsələlərlə bağlı razılaşmalısınız. Yəqin onu nəzərdə tutur.

Nana – razılşamlalı heç nə yoxdur. Maraqlanıram mer Gürcüstanda mövcud olan narko siyasət haqqında nə düşünür.

Mariam – Və bu məsələ ilə bağlı müsahibə istəyirsən hə Naniko? Telefonla ya gəlib yazacaqsan?

Nana – Siz necə istəyirsiniz elə edək. Bizim üçün problem deyil.

Mariam – “Yaxşı. Bir dəqiqə gözlə deyərəm”.

Ənənvi zəngdən sonra yenidən gözləməli olduq. Çox ya az müddətdən sonra məktub aldıq və orada yazılmışdı ki, mer narko siyasətin liberallaşdırılması ilə bağlı müsahibəni məqsədyönlü hesab etmir. Məktubda izah edirlər ki, mer parlamentari deyil, o, qanunların müzakirəsinə və qəbul edilmə prosesinə qoşulmayıb və bu məsələ merin səlahiyyətinə daxil deyil.

Narko siyasət haqqında öz fikrini bildirməkdən Marneuli Bələdiyyəsinin sədri çəkinmədi, Amiran Qiorqadze narko siyasətin liberallaşdırılmasının tərəfdarıdır.

“Bir az yüngül olmalıdır. Xırda şeyə görə məsuliyyətə cəlb etmə olmamalıdır. Mən də bu komandanın üzvüyəm və əlbəttə bu qərarı müsbət dəyərləndirirəm”.

Amiran Qiorqadze ilə “Ağ səs-küyün” aktivisti Keta Qabuni da razılaşır. O, qeyd edir ki, narkotikin istifadəsi üçün cəza ölçüləri qeyri-adekvatdır.

“Gürcüstanda belə narko siyasət var. Zorakılıq faktı xüsusi ağır haldır və 3-dən 5 ilə qədər cəzalandırılır. Narkotikdən şəxsi istifadə isə 8-dən 20 ilə qədər cəzalandırılır. Teerorizm də 5 il müddətinə cəzalandırlır”.

İnsan Hüquqlarını öyrənilməsi və monitorinqi Mərkəzinin təhqiqatına əsasən, dövlət repressiv narko siyasət aparır ki, bu da müalicə-reabilitasiyaya istiqamətlənməyib, əksinə cəzaya istiqamətlənib. Tədqiqata əsasən, 2008-2009-cu illərdə cərimlərdən 44 milyon yarım məbləğ əldə olunub. Ancaq müalicə-sağlamlaşdırma proqramları üşün ayrılan məbləğ 2 milyon lari idi. Keta Qabunia deyir ki, Gürücüstanda dövlətin tam resursu var ki, müalicə-reabilitasiya üzərində effektli çalışsın.

“Reabilitasiya mərkəzləri çox azdır. Səhiyyə Nazirliyi 3 milyon yarımlıq tibbi kabinetlər yaratmalıdır. Müayinə üçün mərkəzlər azdır”.

Keta Qabunianın sözlərinə görə, regionlarda dövlətdə olan narko siyasətdən yaranan problemlər daha kəskin durur.

“Paytaxtda nə baş verirsə regionda daha pis vzəiyyətdir. Kişik polislər belə öz qonşularını, kəndçilərini şantaj edirlər.Onların səsini biz sadəcə eşitmirik”.

Narkotikin əldə olunması saxlanılmasına dair cəza 4-7 ilə qədər məhbusluğu nəzərdə tutur. Ancaq müqayisədə böyük miqdarda narkotik əldə etmək 8-dən 20 ilə qədər və ya həmişəlik həbslə cəzalandırılır. Yarım qram Kokain və ya 1 qram ekstazın aşkarlanması 20 il müddətinə azadlıqdan məhrum edilmənin səbəbi ola bilər. 2017-ci ilin 29 iyulunda marixuanadan kiçik miqdarda istifadə etdiyinə görə, məhbusluğun ləğv edilməsinə dair norma qüvvəyə mindi. Parlamentə isə qanunlayihə təşəbbüsü irəli sürülüb ki, orada narko istifadəçinin həbsi əvəzinə onlar üçün müalicə kursunun təyin olunmasını nəzərdə tutur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register