Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının pərəstişkarları oraya vizasız gedə biləcəklər

Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının dəstəkçiləri oraya vizasız gedə biləcəklər.
Bu barədə məlumat çempionatın təşkilatçı komitəsinin veb-səhifəsində Welcome2018.com-da verilir.
Rusiyaya vizasız getmək üçün futbol pərəstişkarı, veb-səhifədə qetiyyatdan keçib, pərəstişkar pasportu – FAN İD almalıdır.
“Pərəstişkar pasportu” olan şəxslər çempionat ərzindəki bütün matçlarda bilet alıb, iştirak edə biləcəklər.
Dünya Futbol Çempionatı Rusiyada iyunun 14-də başlayacaq və iyulun 15-nə qədər davam edəcək.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments