“Silknet” şirkəti “Geocell” i ala bilər

sliknet ve geocell

“Silknet” “Geocell” i ala bilər. Bununla bağlı məlumatı “Silknet” şirkəti yayıb. Şirkətin məlumatına görə razılaşma 153 milyon ABŞ dolları dəyərindədir.

“Gürcüstan tarixində baş tutmuş ən böyük saziş nəticəsində “Silknet” internet, kabel televiziyası və ev telefonu xidmətlərini “Geocell” mobil xidmətləri ilə birləşdirərək tam spektrli telekommunikasiya şirkəti olacaq” – şirkət tərəfindən yayılmış məlumatda qeyd olunur.

Onların məlumatına görə, “Geocell”in səhmdarlarından “Telia Company” (STO:TELIA) və “Turkcell” (NYSE: TKC, IST: TCELL) artıq satılıb.

Milli Rabitə Tənzimləmə Komissiyasının mətbuat xidməti “Netqazetə” bildirib ki,bu haqqda hələki məlumatı yoxdur.
“Silknet”in melumatına görə, Milli Rabitə Komissiyası tərəfindən razılıq qəbul edildikdən sonra 2018-ci ilin ilk yarısında tamamlanacaq. Ərizədə yazılır ki, müqavilə nəticəsində Gürcüstan tarixində ən böyük telekommunikasiya şirkəti olacaq, “Silknet” interneti televizor kabeli və sabit telefon birlik xidməti “Geocell” şəbəkəsi ilə birləşir.
“Silknet” fəaliyyətə 2010-cu ildə bir neçə yerli şirkətlərlə birləşərək başlayıb.

“Geocell” şirkəti 1996-cı ildə təsis edilib. Hal-hazırda ondan istifadə edən 2 milyona qədər abonent var və Gürcüstan ərazisinin 98%-ni əhatə edir.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register