Apellyasiya Məhkəməsi Mustafa Çabuka qaçqın statusu verməkdən imtina etdi

cabuk

Tbilisi Appelyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının hakimləri Şota Qetsadze, İlona Todua və Qiorqi Qoqiaşvili şəhər məhkəməsinin qərarını qüvvədə saxladı və Mustafa Çabukun qaçqın statusu tələbini rədd etdi.

Birinci instansiya məhkəmə Mustafa Emre Çabuk və onun ailəsi barəsində qaçqın statusunun verilməməsi barədə qərar verib. Vəkillər Appelyasiya Məhkəməsinə məhz bu qərarı şikayət etmişdilər.

Demirel adına özəl kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Çabuk 24 may tarixində saxlanılmışdı. 23 avqust tarixində isə Tbilisi Şəhər Məhkəməsi Mustafa Çabuk barəsində ekstradisiyaöncəsi həbs qərarı qəbul etmişdi. Həbs müddəti isə 23 fevral tarixində başa çatır.

Çabukun həbs olunmasını Türkiyə tərəfi tələb edir. O, FETÖ terror təşkilatının fəaliyyətinə dəstək olmaqda ittiham olunur.

Hal-hazırda həbsdə olan Çabuk Gürcüstan hakimiyyətindən ona və ailəsinə qaçqın statusunun verilməsini tələb edirdi. Bu statusun verilməsi halında o artıq ekstradisiya olunmayacaqdı. Qaçqınlar Nazirliyi Çabuka bu statusun verilməsini rədd edib. Şəhər məhkəməsi bu qərarı qüvvədə saxlayıb, 26 yanvar 2018-ci ildə isə Appelyasiya Məhkəməsi də analoji qərar qəbul edib. Bu qərar Ali Məhkəməyə şikayət edilməyəcək.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register