Gürcüstandakı dini icmalara hesablanmamış zərərin ödənilməsi

religia

Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəsmi veb səhifəsinin məlumatına görə, Dini Məsələlər üzrə Dövlət Agentliyinə 2014-cü il 117 saylı qərarın (27.01.2014) 4-cü və 2-ci bəndlərinə əsasən Gürcüstanda mövcud olan dini icmalara Sovet totalitar rejiminin vurduğu zərərin qismən ödənilməsi məqsədilə ayrılmış məbləğin həmin qərarın 1-ci maddəsini 3-cü bəndində nəzərdə tutulmuş dini icmalar arasında bölüşdürülməsi haqqında qərar qəbul etməsi həvalə olunub.

Tolerantlıq və Müxtəliflik İnstitutunun hüquqşünası Şota Tutberidze bu məsələni ədalətsiz hesab edir və mənfi qiymətləndirir. O, deyir ki, bu kimi vəsaitlərin köçürülməsinə zərərin ödənilməsi motivi ilə haqq qazandırırlar.

“Birincisi Sovet İttifaqı və ya Sovet İttifaqının varisi olan dövlət ödəməlidir. Gürcüstan Sovet İttifaqının varisi deyil, sovet İttifaqının varisi Rusiyadır. İkincisi, dəyən ziyanın ödənilməsi üçün bunun müəyyən olunması lazımdır. Mən dəyən ziyanı bilmirəmsə bunu ödəyə bilmərəm. Gürcüstanda Sovet İttifaqı dövründə dini icmalara dəyən ziyan heç vaxt hesablanmayıb. Müvafiq olaraq nəyin ödənəcəyi məlum deyil. Lakin son vaxtlra belə deyirlər ki, Sovet İttifaqı dövründə dəymiş ziyanı ödəmirik, istəyirik ki, simvolik maliyyə verək, bu da simvolik kompensasiyadır. Bu da absurddur, çünki, bu vəsait inzibati orqan olan Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən bölüşdürülür ki, burada da dini birliklər öz dini şurasını yaradıb. Yəni Dini şuralar Dini Agentliklə əməkdaşlıq etmirsə, onlar vəsait ala bilməyəcəklər”.

Tolerantlıq və Müxtəliflik İnstitutunun hüquqşünası hesab edir ki, belə hərəkət dini birliklə dövlət arasında asılılıq komponentinin yaranması üçün bir vasitədir.

“Digər dini azlıqlar üçün veriləcək maliyyə vəsaitinin miqdarı simvolik xarakter daşıyır. Heç bir halda, misal üçün, pravoslavlar üçün proporsional deyil və bu günədək qeyri-bərabər vəziyyətdədirlər. Misal üçün pravoslav kilsəsi vəsaiti birbaşa dövlət büdcəsindən alır. Müsəlmanlar icması isə dövlət Dini Məsələlər üzrə Agentliyə köçürür, Dini Məsələlər üzrə Agentlik kimə verilib kimə verilməyəcəyini müzakirə edir, vəsait onların vasitəsi ilə verilir, bu isə ədalətsiz şəkildə olur”.

Tutberidzenin dediyinə görə, zərərin ödənilməsi yolu ilə ədaləti bərpa edilməsi dövlətin iradəsidir, ancaq bunun üçün başqa yollar da mövcuddur.

“Bunu sadə bir şəkildə etmək olar. Misal üçün dövlət Sovet İttifaqının əllərindən aldığı mülkiyyəti dini birliklərə qaytara bilər. Bu indi dövlət mülkiyyətindədir. Misal üçün, indi məscidlər dövlətə məxsusdur, İqtisadiyyat nazirliyinin balansındadır. Bu şəxsi mülkiyyət deyil ki dövlət ala bilməsin. Bu dövlət mülkiyyətidir, Dövlət öz mülkiyyətində saxlayır və müsəlmanlara qaytarmır. Bunun həlli sadədir. Məsələn İqtisadiyyat nazirliyi deyə bilər ki, biz araşdırdıq, bunlar Sovet İttifaqı tərəfindən müsəlmanların əlindən alınıb. İndi biz bu məscidləri kompensasiya kimi simvolik olaraq 1 lariyə qaytarırıq. Bu zərərin ödənməsi olardı. Dediyim kimi bu simvolik olar. Çünki Gürcüstanın Sovet İttifaqının vurduğu ziyanı ödəmək kimi öhdəliyi yoxdur”.

Real olaraq hansı zərərin ödənəcəyini müəyyənləşdirmək üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə əlaqə saxladıq. O, suallarımıza cavab verməkdən imtina etdi və veb səhifələrində olan məlumatın kifayət qədər olduğunu hesab etdiyini bildirdi.

“Sizin sualınıza tövsiyədə cavab verilib. Əlavə şərh vermirəm. Fikrimcə hər şey aydın yazılıb”.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini Tolerantlıq və Müxtəliflik institutunun hüquqşünası öz baxış bucağından dəyərləndirir və bildirir ki, onların fəaliyyəti dini birliklərə nəzarət etmək cəhdi və dövlətlə müəyyən əməkdaşlıqdır.

Bütün Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov hesab edir ki, Gürcüstan zərəri ödəməyə məcbur deyil və hesab edir ki, məbləğ mövcud üç təşkilat nəzərə alınmaqla bərabər şəkildə bölünməlidir.

“Gürcüstanın 2018-ci il dövlət büdcəsi haqqında” Gürcüstanda mövcud olan dini dirliklər şurası totalitar rejim zamanında dəymiş ziyanın ödənilməsinin təmmin olunması məqsədilə müəyyən olunmuş 4 500 000 bu mərhələdə dini icmalara 3 500 000 lari ayrılacaq.

  1. Gürcüstan Müsəlmanlar İcması – 2 200 000 (iki milyon iki yüz min) lari
  2. Gürcüstan erməniləri Apostol Xristian icması – 600 000 (altı yüz min) lari
  3. Gürcüstan Roma-Katolik Xristian icması – 400 000 (dörd yüz min) lari
  4. Gürcüstan Yəhudi icması – 300 000 (üç yüz min) lari.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register