Yağış gölməçələri ilə dolu mərkəzi küçə

gubeebi

Marneulinin mərkəzi küçəsində uzun müddətdir ki, piyadalar üçün problem yaranır. Rustaveli 45 ünvanında yerləşən poçt binasının qarşısı yağışlı havalarda keçilməz olur. Gölməçələrlə dolu ərazi əhali üçün bəzən təhlükə belə yaradır. Yerli sakinlər palçıq və yağış gölməçələri üzündən mərkəzi yolla hərəkət etməli olurlar.

gubebei 2

Yerli sakinlərin dediyinə görə, küçə ilə getmək çox çətindir, gölməçələrin yaranmasına isə bərbad kanalizasiya və qeyri-düzgün çəkilmiş asfalt örtüyünü səbəb göstərirlər.

“Kanalizasiya olsa gölməçələr yaranmazdı və biz də sərbəst şəkildə hərəkət edərdik” -deyə sakinlərdən biri deyir.

Marneuli radiosu olaraq, Marneulinin mərkəzi küçəsindəki mövcud problemin həlli məqsədilə hansı tədbirlərin planlaşdırılması ilə bağlı yerli hakimiyyətə müraciət etsək də, bu vaxta qədər şərh verilməyib.

 

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register