Marneulinin yeganə aparıcı pedaqoqu var

ana babluani

2018-ci il 1 fevral tarixindən etibarən ictimai məktəblərin iki kateqoriyaya aid müəllimlərinin maaşları artırılacaq. Aparıcı müəllim statusuna malik müəllimlərin maaşları tam yükləmə ilə çalışdıqları təqdirdə 500 lari əvəzinə 700 lari alacaqlar. Təlimçi müəllim statusuna malik müəllimlər isə 700 lari əvəzinə 1000 lari alacaqlar.

Ana Babluani Marneuli 4 saylı ictimai məktəbinin gürcü dili və ədəbiyyatı müəllimidir. Hər gün Tbilisidən Marneuliyə gəlir ki, qeyri-gürcü dilli məktəbdə dövlət dilini tədris etsin. Onun müəllimlik həyatı 20 il öncə Marneuli rayonunun İmircala ictimai məktəbində başlayıb. Deyir ki, çətin olub, lakin indi Marneulisiz həyatı çətin təsəvvür edir. Ana 2009-cu ildən Təhsil Nazirliyinin proqramının iştirakçısı oldu və onun peşəsində irəliləyişi belə başlayıb.

“Proqramda iştirak etmək üçün sertifikatlaşdırılmış müəllim olmaq şərt idi. Bu proqram başlayanda koordinatorumuz bizim də imtahanda iştirak etməmizi istədi. İmtahandan keçdim və sertifikat aldım. Eyni zamanda filologiya elmləri doktoruyam. Müəllimlərin peşəkar inkişafı sxemi yaradıldıqdan sonra bu iki faktor aparıcı müəllim statusu almağıma yardımçı oldu”.

Ananın fevral ayından maaşının artacağı barədə məlumatı var idi. Lakin hesab edir ki, müəllimlərin əməyi Gürcüstanda dəyərləndirilmir.

“Düşünürəm ki, Gürcüstanda müəllimlərin əməyi nə maaş baxımından dəyərləndirilir, nə də hörmət qoyulan peşədir. Amma tətilləlrdən sonra uşaqlar üçün darıxdığını hiss etmək, uşaqların səmimi şəkildə sevinclə ətrafına toplanması, yəqin ki, müəllimlər üçün ən böyük dəyər budur”.

Gürcüstanda Ana kimi aparıcı müəllim statusu almış 153 pedaqoq var. Təlimçi müəllimlərin sayı isə 7 nəfərdir. Qeyd olunmalıdır ki, müəllimlərin mövcud sayından irəli gələrək, ictimai məktəblərin maliyyələşməsi 2018-ci ildən orta hesabla ayda 32,7 min lari artacaq.

 

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register