20 yaşlı Knyaza yeni ürək lazımdır. Kömək edək!
20 yaşlı Qardabani rayonunun Tbitskaro kəndinin sakini Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkir. Təcili olaraq ona ürək köçürülməlidir. Knyaza əməliyyat üçün 100 000 dollar lazmdır. Knyazgil ailədə üç uşaqdırlar və anası ilə birgə yaşayır. Əməliyyat üçün ailənin imkanı çatmır. Onlar Qardabani bələdiyyəsinə, Sosial Agentliyə və “SOCAR”-a yardım üçün müracət ediblər.
Xəstə hal-hazırda Digomi massivində yerləşən xəstəxanada müalicə alır. Ürək köçürülməsi əməliyyatı Gürcüstanda həyata keçirlmədiyi üçün onu xarici ölkədə, Belarusiyanın Minsk şəhərində əməliyyat olunması planlaşdırılır.
Knyaza yardım üçün dostları sosial media da dəstək kompaniyasına başlayıblar. “Marneuli” Radiosu da Knyaz Əliyevə dəstək üçün bu kompaniyaya qoşuldu.
Ona dəstək olmaq istəyənlər anasının , İbarahimova Elfidanın adına açılan “Gürcüstan” bankındakı (Saqartvelo bank) hesab nömrəsinə məbləğ köçürməklə yardım göstərə bilərlər. Unutmayın! Edəcəyiniz kiçik yardımla belə Knyazın həyatını xilas edə bilərsiz.
Hesab nömrəsi:
GE77BG0000000047937600 GEL/USD/EUR
GE77BG0000000049557500 AZN/RUB
Əlaqə saxlamaq üçün 595 16 14 81 nömrəsi ilə, dayısı Vəli İbrahimova müraciət edə bilərsiniz.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments