Ümumi Rusiya mitinqləri keçirildi. Aleksey Navalni həbs olundu

Aleksey - russia

“Dojd” (Дождь) telekanalının xəbərinə görə bu gün 28 yanvar tarixində Aleksey Navalninin tərəfdarları ümumi Rusiya mitinqi keçirdir. Mitinq “Seçicilərin baykotu”marşları çərçivəsində həyata keçirilir. Bir çox şəhərlərdə yerli hakimiyyətlə mitinqlər razılaşdırılmış şəkildə keçirilsə də, Moskva və Peterburqda mitinqlərə icazə verilməyib. Aleksey Navalni özü isə mitinq ərazisinə gəlməyə çalışarkən polis əməkdaşları (OMON) tərəfindən saxlanılıb. O, mitinq keçirmək qaydalarını pozmaqda günahlandırılır. Siyasətçinin rəsmi tvitter (twitter) hesabında yayımlanan video görüntüdə onun həbsi zamanı polisin gərəyindən artıq güc tətbiq edərək onu həbs etdiyi görünür.

Eyni zamanda Rusiyanın regionlarında keçirilən mitinq iştirakçılarından da saxlanılanların olduğu deyilir. Daxil olan məlumata əsasən Moskvada 15, Peterburqda isə 7 nəfər mitinq iştirakçısı həbs olunub. Saxlanılanların arasında jurnalistlərin olduğu haqqında məlumatlar da var.

Onu da qeyd edək ki, Rusiya Seçki Komissyası Vladimir Putinin əsas rəqibi kimi bilinən Aleksey Navalnini prezident seçkilərində iştirakına icazə verməyib. Navalni isə buna cavab olaraq tərəfdarlarını seçkiləri baykot etməyə çağırır.

Mənbə: “Dojd” (Дождь) telekanalı

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register