Litvanın Baş-Naziri Gürcüstanda səfərdədir

LITVA

Bu gün, 29 yanvar tarixində Litvanın Baş-Naziri Saulios Skvernelis Gürcüstana rəsmi səfərə gəlib. Onu Gürcüstanın Baş-Naziri Qiorqi Kvirikaşvili dövlət administrasiyasında qəbul edib və rəsmi qarşılama mərasimi baş tutub. İki ölkənin Baş-Nazirləri arasında geniş formatda görüş də planlaşdırılır.

Həmkarından başqa Litvanın Baş-Naziri Gürcüstan Prezidenti və Parlament sədri ilə də görüş planlaşdırır. Yanvar ayının 30-da isə Litvanın Baş-Naziri Odzis kəndinə, işğal xəttinə səfər edəcək, sonra isə Frezetidə, məcburi köçkünləri ziyarət edəcək. Səfər çərçivəsində Saulius Skvernelsi Qəhrəmanlar Memorialını da ziyarət edəcək.

Skvernelsinin səfər proqramı mədəni hissədən də ibarətdir: Litvanın Baş-Naziri Gürcüstanda qonaq olduğu müddətdə Qədim Tbilisi və Mtsxetanın mədəni dəyərlərini də nəzərdən keçirəcək.

Səfər yanvarın 30-da başa çatacaq.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register