“Məni bağışla” – Knyaz Əliyevə dəstək tamaşası

destek1

4 fevral tarixində  Tbilisi şəhərində Qorqasali 1 ünvanında yerləşən Tbilisi Dövlət Azərbaycan Dram teatrında “Məni Bağışla” adlı tamaşa baş tutacaq. Tamaşanın məqsədi isə 20 yaşlı Qardabani rayon sakini Knyaz Əliyevə dəstəq məqsədi daşıyır. Knyaz Əliyev ürək çatışmazlığından əziyyət çəkir və ona təcili olaraq ürək köçürülməsi lazımdır. Buna görə də gənclər bir araya gələrək belə bir dəstək kompaniyası həyata keçirirlər.  Tamaşadan əldə olunan vəsait Knyaz Əliyevin müalicəsi üçün sərf olunacaq. Biletlərin qiyməti isə 10 laridir.  Imkanı olanlar isə daha artıq ödəyə bilər.

destek

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Anar Rafiqoğludur. O, bu haqda “Marneuli” Radiosuna məlumat verdi və  o,  bildirdi ki, teatrın tamaşaçı zalının az tutumlu olmasına görə onlar tamaşanın iki seansdan ibarət olmasını düşünüblər. Birinci seans 15:00-da, ikinci seans isə 18:00-da başlayacaq.

“Hətta mən dünəndən etibarən çox sevindim ki, tamaşaya maraq olduqca böyükdür və ehtiyac olduğu təqdirdə biz tamaşanı hətta 3-cü, 4-cü dəfə də oynamağa hazırıq. Çünki, belə getsə 2 dəfə yetərli olmayacaq. Bir olsaq məncə nələrəsə qadir olarıq. Dünəndən bu günə yüzlərlə paylaşım olubdur və tamaşaya gələn olmasa belə artıq Knyaz qardaşımızın vəziyyəti ilə bağlı məlumat toplamış və məsələni gündəmdə tutmuş olduq”.

Anar onu da əlavə etdi ki, onun sənətçi dostları, müğənnilər, rəssamlar və digər şəxslər də bu cür dəstək aksiyası həyata keçirərək dəstək ola bilərlər. Tamaşanın aktyorları Leyla Əkbərova, Rabil İsmayılov, Məndər Sərdarov və Ləman Məmmədovadır. Tamaşa gürcü dilində olacaq.

Qeyd edək ki, biletləri əldə etmək üçün Ləman Məmmədova  və Məndər Sərdarovla qeyd olunan nömrələrdən: 558557554; 551197699 əlaqə saxlaya bilərsiniz.

Xatırladaq ki, Knyaza dəstək olmaq istəyənlər anasının , İbarahimova Elfidanın adına açılan “Gürcüstan” bankındakı (Saqartvelo bank) hesab nömrəsinə məbləğ köçürməklə yardım göstərə bilərlər. Unutmayın! Edəcəyiniz kiçik yardımla belə Knyazın həyatını xilas edə bilərsiz!

Hesab nömrəsi:

GE77BG0000000047937600 GEL/USD/EUR

GE77BG0000000049557500 AZN/RUB

Əlaqə saxlamaq üçün 595 16 14 81 nömrəsi ilə, dayısı Vəli İbrahimova müraciət edə bilərsiniz.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register