Dinin balanssız şəkildə tədrisi məktəblərdə konflikt yarada bilər

bavshvebi

Məktəblərdə dinin tədrisi bərpa oluna bilər. Dinin məktəblərdə tədrisi ilə bağlı Patriarxlığın Gənclər Mərkəzində bir neçə gün bundan əvvəl iş görüşməsi baş tutdu. Görüşdə Patriarxlığın, müxtəlif konfesiya və qanunverici orqanların nümayəndələri iştirak edirdilər. Görüşün məqsədi fikirlərlə tanış olmaq idi. Görüşdə eləcə də Ümum Gürcüstanın Şeyxi Ramin İgidov də iştirak edirmiş və o, əsasən dinin tədrisinin balanslaşdırılmasına vurğu edib.

Marneuli Radiosu maraqlandı ki, yerli əhali məktəblərdə dinin tədrisi haqqında nə düşünür və bunun üçün küçədə sorğu apardıq. Sorğuda iştirak edənlərin əksəriyyəti hesab edir ki, dinin tədrisi vacibdir.

Tolerantlıq və Rəngarənglik İnstitutunun nümayəndəsi Şota Tutberidze bu fikrə qarşıdır və o, qeyd edir ki, oxşar addım bərabərlik və ədalətlilik prinsipinin pozulmasıdır. O, bildirir ki, kimsə dini baxımdan güclü tədris istəyirsə başqa özəl məktəblər var və bunun üçün ictimai sahədən istifadə etməyi düzgün hesab etmir.

“Məktəblərdə dini tədris fənnini seçim kimi təklif etmək artıq deməkdir ki, biz bərabərlik və ədalətlilik prinsipini pozuruq. Çünki biz başqa dinləri təklif edə bilməyəcəyik. Məsələn İslamı təklif etməyəcyik deyilmi. Ona görə də mən düzgün hesab etmirəm ki, dini işlərin yeri məktəbdir. Bu bir növ dinin təbliğatıdır. Bu məncə geri atılan addımdır”.

Milli Tədris Planları Agentliyinin rəhbəri EDU.ARIS.GE-yə bildirib ki, seçim fənni məktəblərə 2 ildən sonra daxil olacaq və onu orta pillədə olan şagirdlər oxuyacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register