“Vətəndaş büdcəsi” çərçivəsində 2016-cı ildə yazılan layihə güman ki, 2019-cu ildə həyata keçiriləcək

samoqalaqo biujeti

“Vətəndaş Büdcəsi” layihəsi Marneulidə 2015-ci ildən başlayıb. 2015-2016-cı illərdə Bələdiyyə 1 500 000 lari ayırıb ki, vətəndaşlar öz təşəbbüslərini yaşadıqları icmada həyata keçirsinlər. 2015-ci ildə layihə çərçivəsində Marneuli üç zonaya bölünmüşdü. Üç zonadan 49 layihə üçün müraciət olunmuşdu, onlardan 34 layihə seçildi və 2016-cı ilin büdcəsində nəzərə alındı.

2016-cı ildə Marneuli 6 zonaya bölündü. “Vətəndaş Büdcəsi” çərçivəsində 135 layihə üçün müraciət təqdim edildi onlardan “Vətəndaş Büdcəsinin Dəstəkçilər Şurası” 32 layihə seçildi.

2017-ci ildə layihə çərçivəsində Bələdiyyədə 107 müraciət 16 ərazi vahidliyindən daxil olub. “Vətəndaş Büdcəsinin Dəstəkçiləri Şurası”nın təklifi və layihə müəllifləri ilə söhbətdən sonra isə 36 layihə maliyyələşdi ki, onlar 2018-ci ildə həyata keçirilməlidi.

2015-2016-cı illərdən fərqli olaraq, 2017-ci ildə “Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində məbləğin bölünməsi fərqli prinsiplə oldu. Xüsusən, “Vətəndaş Büdcəsi” layihəsinin həyata keçirilməsi üçün 1 500 000 lari konkret olaraq ayrılmadı. Bunun əvəzinə bələdiyyə müəyyən etdi ki, “Vətəndaş Büdcəsi” çərçivəsində layihə həyata keçirmək istəyənlər onun layihə təklifi 5 000 laridən az və 200 000 laridən çox olmamalıdır.

Marneuli Radiosu Bələdiyyədən 2015-2017-ci illərdə, “Vətəndaş Büdcəsi” çərçivəsində maliyyələşən və həyata keçirilmiş layihələr haqqında məlumat tələb etdi. Əldə olunan məlumatdan məlum olur ki, üç il ərzində bələdiyyədə ümumilikdə 110 layihə maliyyələşib. Onlardan 37 layihə 2018-ci ildə həyata keçirilməlidir, 14 layihə hələ də həyata keçirilmə mərhələsindədir və ya onların həyata keçirilməsi baş tutmur. 59 layihə isə 100% həyata keçirilib.

Marneuli Radiosunun müəyyən etdiyinə görə, Marneuli bələdiyyəsi tərəfindən verilən məlumat texniki səhvlərdən ibarət idi. Konkret olaraq, layihələrdən biri Sereteli kəndində 9 aprel parkında əyləncə-maarifləndirici parkın inşasını nəzərdə tuturdu.  Layihə 100% başa çatmış olaraq qeyd olunmuşdu, reallıqda isə bu parkın inşası üçün fiziki işlər belə başlamayıb.

Marneuli Bələdiyyəsinin Analiz və Statistika Şöbəsinin rəhbəri, İrine Macaraşvili bizimlə söhbət zamanı bildirdi ki, onlar tərəfindən verilən məlumatda yalnız bir texniki səhv var imiş. Ancaq Sereteli kəndində əyləncə-maarifləndirici parkın inşası güman ki, 2019-cu ildə başa çatacaq.

“Təəssüf ki, texniki səhv olub. Yəqin kopyalanan zaman 100 faizə düşüb. Çünki faktı sizdə görürsünüz məndə. Özüm də o kənddə yaşayıram və parkın işləri hələ başlamayıb. Cədvəli hazırlayan da yoxladıq. 2019-cu ildə işlər başa çatacaq”.

Marneuli Radiosu bu mövzu ilə bağlı çalışmasına davam edir və biz davamlı olaraq başqa həyata keçirilən və həyata keçiriləcək layihələrlə bağlı məlumat çatdıracağıq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register