EMC: Bələdiyyələr tikintinin təhlükəsizlik standsrtlarını yoxlamalıdırlar

MSHENEBLOBA

Marneuli şəhərində yeni yaşayış evlərinin tikintisi son illərdə aktiv olaraq davam edir. Biz maraqlandıq ki, tikintidə çalışan vətəndaşların təhlükəsizliyi nə dərəcədə qorunur və bunun üçün gedən tikitini yoxladıq. Marneulinin mərkəzi küçəsindən bir neçə metrdə yüksək mərtəbəli yaşayış evi tikilir. Təməli artıq tökülüb və bir neçə mərtəbə demək olar ki, başa çatıb. Tikinti prosesində içəri elə daxil odluq ki, heç kim mane olmadı, orada çalışanlarla birgə azyaşlı oğlan da qarşımıza çıxdı. Uşaq jurnalistlərə tərcümədə kömək də təklif etdi.

Nana Sisvadze – Gürcü dilində heç kim bilmir?
Uşaq – Mən bilirəm.
Nana Sisvadze – Sən yox bir az böyüklərdən olsa daha yaxşı olar.

Tikintidə çalışan adamlar bizə müsahibə vermədilər və bizi bir neçə metrdə yerləşən “Mühafizəçinin” yanına göndərdilər. Dəmir “Budkada” tikintinin nəzarətçisi qarşımıza çıxdı, siqaret tüstüsündə tikintinin gedişatı görünən  ekranı çətin seçirdik. Nəzarətçi də rəsmi müsahibə vermək istəmədi. Ancaq biz onu gizli yazdıq. O, danışır ki, təhlükəsizlik qaydalarını tikintidə başa salıblar. Nəzarətçinin sözlərinə görə, işlə təmin olunanlar, daxili qaydalar haqqında bilirlər ki, əllərini elektrik mənbəsinə vurmamalıdırlar, tikinti papağı örtməlidirlər və koranın üzərinə ayaqlarını qoymamalıdırlar. Nəzarətçi deyir ki, kamera yalnız üç nöqtəni görsədir, tam şəkildə göstərmir. O, tikintidə olan uşağı isə çalışanların qohumudu deyərək doğrultmaq istəyir.

Mühafizəçi – Ümumiyyətlə içəri daxil olmalı deyildiniz. Uşaq da kiminsə qohumudur girib içəri.
Nana Sisvadze – Belə qohuma icazə vermək olarmı?
Mühafizəçi – Ümumiyyətlə heç kimə olmaz.
Nana Sisvadze – Bəs o, necə daxil olub?
Mühafizəçi – O, da kiminsə qohumudur. Onlar içəri qoyublar
Nana Sisvadze – Siz xəbərdarlıq edirsiniz?
Mühafizəçi – Bəli.

“İnsan hüquqlarının tədrisi və monitorinq mərkəzi”nin nümayəndəsi Lina Ğvinianidze qeyd edir ki, yerli özünüidarəetmə müşahidə aparmaq məcburiyyətindədir ki, görsün tikintinin nə dərəcədə təhlükəsizdir  və təhlküəsizlik standartları necə qorunur.

“Bu kompaniya tərəfindən ciddi qayda pozuntusudur. Bələdiyyənin berketi var ancaq onlar nadir hallarda bundan istifadə edirlər. Əksər hallarda hadisədən sonra reaksiya verirlər”.

EMC-nin tədqiqatına əsasən, çalıanların hüquqlarının müdafiəsi kəskin ehtiyacını yenə də iş yerlərində yaralanma və dünyasını dəyişmə göstəricisinin dəyişməməsi müəyyən etməkdədir. Göstəricilərə əsasən 2011-2016-cı ilin iyun ayı da daxil olmaqla tikinti halları nəticəsində 724 nəfər yaralanıb və 252 nəfər dünyasını dəyişib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register