“Varketili” metrosunda tavanın çökməsi nəticəsində xəsarət alanlar var
Davit Sergeenkonun məlumatına görə, metro dayanacağı “Varketilidə” tavanın çökməsi nəticəsində 13 nəfər xəsarət alıb və onlar 4 klinikaya yerləşdiriliblər. Səhiyyə naziri Davit Sergeenko klinikalardan birində olub və xəstələri ziyarət edib.
“Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Mən indi 4 xəstəni ziyarət etdim. Xoşbəxtlikdən onların vəziyyəti ağır deyil. Onların zərəri artıq qeydə alınıb. Həkimlərin nəzarəti altındadırlar.” – bildirib Sergeenko.
Nazir üçün yaralananlar arasında azyaşlıların olub-olmaması məlum deyil. Davit Sergeenko bu gün digər klinikalara da yerləşdirilən xəstələri ziyarət edəcək.
Zərər çəkənlər 4 klinikaya: “Optimal Medical”, Tbilisi Dəniz Hospitalı və “Amtel Hospital”, “İnqoroğva klinikasına” yerləşdiriliblər.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments