Qvantseladzenin sözlərinə görə bağça müəllimlərinin maaşı kvalifikasiya ilə müəyyən ediləcək

Bağçalar üzrə Agentliyin rəhbəri Kaxa Qvandzeladze deyir ki, bağçanın müəllimləri üçün kvalifikasiya tələbləri işləniləcək və onların maaşının artırılması kvalifikasiya tələblərinin qane edilməsinə bağlı olacaq.
Onun sözlərinə görə, bu Bağça Agentliyinin HR strategiyasını işləməsindən sonra olacaq, sonra isə bu strategiyanı bələdiyyə təsdiqləyəcək. Bunun üçün agnetlik il yarım vaxt nəzərdə tutub.
“Vacibdir ki, bərabər maaş olmasın. Çünki bəzi müəllimlərin yüksək kvalifikasiyası var, bəzilərininki isə müqayisədə fərqlidir. Buna görə də maaşların bölünməsi fərqli olmalıdır, bu sertifikatlar məsələsidir. İndiki mərhələdə bunu nazirlik məktəblərdə həyata keçirir. Analoji fəaliyyəti bağçada da həyata keçirməlidirlər. Bu olduqca əhəmiyyətlidir”, – deyir Qvantseladze.
Mənbə: netgazeti.ge
Amil Məmmədov2286 Posts
0 Comments