Marneulidə qızılcanın bir halı qeydə alınıb

vakcinacia

Marneulidə qızılcanın yalnız bir halı qeydə alınıb. Bu gün, 30 yanvar tarixində Xəstəliklərin Kontrolu Mərkəzi məlumat yayımlayıb ki, 2017-ci ildən Gürcüstanda qızılca halının artması qeydə alınıb. Onların məlumatına görə, 2018-ci ilin 29 yanvarına olan duruma görə, ölkədə artıq qızılcanın 102 halı qeydə alınıb, onlardan 86 Acaradadır. Halların 19,5%-i 1 yaşa qədər,  34%-i isə 20 yaşdan yuxarı yaş qrupunu əhatə edir. Həmçinin xəstəliyin göstrəicisi də yüksəkdir.

İrina Kalandadze Təcili Xəstəliklər Departamentinin baş mütəxəssisidir və deyir ki, immunizasiya kəskin xəstəliklərlə mübarizə üçün yeganə vasitədir. Onun qeyd etdiyinə görə, virus elə hallarda qeydə alınıb ki, valideynlər peyvənddən keçməyib. Marneuli isə peyvənd baxımından 80% əhatə olunub.

“Marneulidə bir hal qeydə alınıb. Bir nəsil vaxtında peyvənd olunmayıb. Müvafiq olaraq, bu peyvənd olunmamış nəslin uşaqlarında, yəni qızılcaya qarşı immuniteti olmayan anaların uşaqlarında da qızılcaya qarşı immunitet olmur. Bir yaşadək uşaqlara bu immunitet analardan keçir”.

Bizim sorğu apardığımız şəxslərin əksəriyyəti peyvəndə üstünlük verir.

Gürücstanda qızılcanın planlı peyvəndi 12 ay və 5 yaşda aparılır. O, kəskin infeksiya virus xəstəliyidir ki, yüksək temperatur, intoksikasiya, yuxarı tənəffüs sistemi yollarının ləkə səpkiləri xarakterizə edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register