Ichange.gov.ge – petisiyaların veb-səhifəsi qüvvəyə mindi

ichangegovge 1

Marneuli Mülki Məşğulluq Mərkəzində bu gün, 30 yanvar tarixindı, QHT Gənc Hüquqşünaslar Assosiasiyası əhali ilə Ichange.gov.ge veb səhifəsi haqqında görüş keçirdi. Ichange.gov.ge vətəndaşların müxtəlif problemli mövzularda hökumətin qərar verə biləcəyi məsələlərə petisiya yükləyə biləcəkləri portaldır. Petisiyanın yaradılmasının məqsədi ictimai siyasətə cəmiyyətin qoşulması, Gürcüstan hökumətinin şəffaflığının təmin edilməsidir.

Portal internet sahəsində 2017-ci ilin mayında yayımlanıb. Vətəndaşın petisiyasının xüsusi komissiya tərəfindən müzakirə olunması üçün məsələ hökumətin səlahiyyətinə aid olmalıdır. Yalnız bundan sonra o, 10 000 elektron imza toplamalıdır. Portal dövlət dilində çalışır.  Dövlət dilinə malik olmayan etnik azlıq nümayəndələri ondan necə istifadə edəcəklər?  “Gənc Hüquqşünaslar Assosiasiyasının” nümayəndəsi Natia Kokiaşvili bunu problem hesab edir.

“Dövlət dilinin bilinməməsi müəyyən mənada maneədir. Bu mənim şəxsi fikrimdir. Lakin tərcüməçinin köməyi ilə olsa belə istənilən məsələ ilə bağlı məlumat almağı arzulayan fəal vətəndaşlar var”.

Natia Kokiaşvili layihədə Gənc Hüquqşünaslar Assosiasiyasının rolundan da söhbət açır.

“Bizim rolumuz ondan ibarətdir ki, hakimiyyətin təşəbbüsü ilə bağlı vətəndaşları daha çox məlumaatlandıraq, petisiyanın tərtib olunmasında vətəndaşlara kömək edək. Elə məlumatlar var ki, internet portalına yerləşdirmək olmaz. Petisiya təşəbbüsü necə irəli sürülməlidir, bunda kömək etmək istəyirik, çalışmalıyıq ki bu formal xarakter daşımasın”.

Olqa Endeladze Demokrat Qadınlar Təşkilatının direktorudur və görüşdə iştirak edirdi. O, yeni təşəbbüsü müsbət dəyərləndirir, ancaq reallıqda necə çalışacağını bilmir.

“Təşəbbüs özü çox maraqlı və mühümdür. Lakin nə dərəcədə işləyəcək, bu xidmət barəsində məlumatın nə dərəcədə yayılacağından çox asılıdır. Amma imkanlar çox və genişdir. Baxaq ilkin təcrübə necə olacaq. Çünki petisiyanın tərtib olunması zamanı hansı mövzu, hansı tələbat formalaşdırılmalıdır – fikrimcə bu təcrübə məsələsidir”.

Xüsusi komissiya petisiyanın müəllifinə 30 gündən gec olmadan cavab bildirəcək. İdarəçilik tərəfdaşlığı çərçivəsində 2012-ci ildə dövlət 2012-2013-cü illərin fəaliyyət planı ilə vətəndaş portalının yaradılması öhdəliyini götürüb. Ichange.gov.ge –  qeyd olunan öhdəlik 2014-2015-ci illərin fəaliyyət planlarında da təsvir olunub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register