Tbilisidə satışdan götürülmüş oyuncaqda Marneulinin satıcıları təhlükə görmürlər

tylarwi

Mətbuatda yayılmış məlumata görə, bir baxımdan uşaqlar üçün sakitləşdirici xüsusiyyəti olan “slaym” adlanan oyuncağın tərkibində zərərli maddə aşkarlanıb və o sağlamlıq üçün təhlükəlidir. Biz bu baxımından Marneulidə vəziyyətin necə olduğunu aydınlaşdırmağa çalışdıq. Marneuli bazarında söhbət etdiyimiz satıcılardan biri deyir ki, bu oyuncağın təhlükəlıi olması ilə bağlı heç bir məlumatı yoxdur, bununla belə bildirir ki, alıcılar çoxdur və o, özü də hər gün dəfələrlə toxunur və bunda təhlükəli heç nə görmür:

Yerli sakinlərin əksəriyyəti bildirir ki, uşaqlar “slaym” adlanan bu oyuncaqla oynamağı xoşlayırlar. Bəzən uşaqlarının istəyinə etiraz edə bilmirlər və buna görə də alırlar. Təhlükəli olması barəsində isə qoxusu da şübhə yaradır. Təhlükəli olması barədə yayılan xəbərə əsaslanaraq bu oyuncağın bazardan yığışdırılması fikri ilə razılaşırlar.

Rustavi 2 televiziyasında maqnit jelenin tərkibində zərərli maddənin aşkarlanması barədə süjet efirə gedib. Bu süjetə görə, laborator araşdırmalar nəticəsində aydın olub ki, slaym adlandırılan bu oyuncağın tərkibində zəhərləyici maddənin miqdarı icazə veriləndən 29 dəfə çoxdur. Artıq maqnit jeleyə bənzəyən bu oyuncağın bütün növləri Tbilisi mağazalarından demək olar ki tamamilə yığışdırılıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register