10 iş günündə yazılmış 2017-ci ilin qiymətləndirilməsi

gamg

Keçən ilin dəyərləndirilməsi ilk baxışdan asan görsənə bilər, amma Marneuli Bələdiyyəsinin Meriyasına bunu müəyyən etmək üçün 2017-ci ilin dekabr ayının sonundan yanvarın 26-a qədər vaxt lazım olub. 2018-ci il başlayana qədər “Marneuli” Radiosu çalışırdı ki, Meriya keçən 2017-ci ili dəyərləndirsin. O zaman Merin birinci müavini Zaur Tabatadze ili dəyərləndirməkdən imtina etdi. Səbəb olaraq isə yeni ilin sonunda toplanmış çoxlu işin olmasını qeyd etdi və 2018-ci ildə əlaqə saxlamağımızı xahiş etdi. Zaur Tabatadze ilə 2018-ci ilin başlanğıcında da əlaqə saxladıq. Amma bu dəfə o, 2017-ci ili qiymətləndirməkdən imtina etdi və məlumatı ictimai şəkildə istəməyimizi təklif etdi. 12 yanvar tarixində “Marneuli” Radiosu Bələdiyyə Meriyasına rəsmi məktub yazdı və bildirdi ki, biz keçən 2017-ci ilin qiymətləndirməsini tələb edirik. Konkret olaraq isə hansı əsas problemlərin və uğurların olması ilə maraqlanırdıq. Marneuli Bələdiyyəsinin hansı kəndində 2017-ci ildə yol çəkilib və neçə kənddə suvarma suyu və içməli su problemi həlli olunub.

Rəsmi məktuba cavabı “Marneuli” Radiosu tam 10 iş günündə aldı.

Marneuli Bələdiyyəsinin qeyd olunan məktuba rəsmi cavabından oxuyuruq ki, 2017-ci ildə Marneuli Bələdiyyəsində prioritetli istiqaməti infrastrukturun inkişafı, məktəbəqədər tədrisə dəstək, mədəniyyət və idmana dəstək, sosial təminat və etnik azlıqların ictimai işlərə inteqrasiyası əks etdirirmiş.

Rəsmi məktubda eləcə də oxuyuruq ki, 2017-ci ildə həyata keçirilmiş infrastruktur layihələrindən 35 kənddə keçirilmiş yolların yenidən qurma işləri qeyd olunmalıdır, buna isə yerli büdcədən 5 704 526 lari xərclənib.

2017-ci ildə Marneuli Bələdiyyəsində içməli və suvarma suyu problemi İmir, Burma, Aşağı Saral, Dəmyə, Quşcu, Alget, Xixani, Xocorni və Təzəkənddə qaydaya salınıb. Onlardan isə Xixani və Algeti kəndi qeyd olunmalıdır ki, orada içməli və suvarma suyu probleminin həlli üçün bələdiyyə 60 536 və 78 689 lari sərf edib.

Meriya tərəfindən yazılan rəsmi məktubdan eləcə də oxuyuruq ki, Marneuli Bələdiyyəsində fəaliyyətdə olan bütün uşaq bağçalarında 2013-cü ildən bu günə qədər standartlara əsasən reabilitasiya aparılıb və həyətlərdə uşaq meydançaları qurulub. 2017-ci ildə Sadaxlı və Algeti kəndlərində 2 yeni uşaq bağçasının tikintisi başa çatıb. Bağçalar 150-150 uşaq üçün nəzərdə tutulub.

2017-ci ildə 8 kənddə və 18 küçədə bayır işıqlandırılması qurulub.

Hallavar və Ağkörpüdə isə idman meydançası inşa edilib.

Xatırladaq ki, Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladze öz merlik dövründə 2017-ci ilin sonuncu hökumət iclasında yekunlaşdırıb.

Yerli özünüidarəetmə məcəlləsinin 85-ci maddəsinə əsasən yerli özünüidarəetmənin həyata keçirilməsində vətəndaşların iştirakının bir növü bələdiyyə merinin və bələdiyyənin məclisi üzvləri tərəfindən görülən işlər haqqında hesabat dinləməkdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register